iPhone 17 Air modelinə aid ilk görüntülər ortaya çıxdı. Bu modelin iPhone 17 Plus yerinə keçməsi gözlənilir. Uzun müddətdir müzakirə olunan yeni modelin radikal bir dizayn dəyişikliyi ilə gələcəyi iddia olunur.
Hələ iPhone 16 və iPhone 16 Pro modellərinin təqdimatından yalnız iki ay keçib, lakin artıq iPhone 17 haqqında xəbərlər yayılmağa başlayıb. Ən diqqətçəkən yeniliklərdən biri də şübhəsiz ki, iPhone 17 Air modelidir. Bu modelin ilk görüntüləri istifadəçilərə fərqli bir dizayn təcrübəsi təqdim edəcəyini göstərir.
Yeni dizayn təsdiqini taparsa, iPhone 17 Air modelinin digər iPhone-lardan kəskin şəkildə fərqlənəcəyini deyə bilərik. Əvvəlcə bu modelin "incə" olacağı və yüksək sıxlıqlı batareya ilə qalınlıq və çəkidə fərqlilik yaradacağı düşünülürdü. Lakin Apple bu texnologiyanı tətbiq etməkdə çətinliklərlə üzləşdiyi ü ;çün bəzi hədəflərindən geri çəkilib.
Müxtəlif mənbələr iPhone 17 Air-ın təxminən 6.6 düymlük ekranla gələcəyini iddia edir. Apple tədarük zənciri analitikləri, cihazın standart A19 çipi, Dinamik Ada, tək arxa kamera və Apple dizaynlı 5G modemi ilə təchiz ediləcəyini bildirir. Sızdırılmış məlumatlara görə, cihazda 48 MP arxa kamera və 24 MP ön kamera olacaq. Cüt kamera sistemi ilə gələcək Air modeli, daha əvvəlki SE modellərindən daha üstün funksiyalar təqdim edəcək. Qiymət aralığı 1.299-1.499 dollar olaraq gözlənilir.