Google, müxtəlif rəqabət davalarından qaçmaq məqsədilə işçilərinə sistematik şəkildə mesajlarını yox etməyi və hətta məlumatların yayılmaması üçün bəzi ifadələrdən qaçmağı tövsiyə edib.
Texnologiya nəhəngi Google, son 15 il ərzində şirkət daxilində “silmə” kültürü yaradaraq, qanuni risklərdən qaçmaq üçün strateji yanaşma tətbiq etmişdir. Bu müddətdə işçilərinə mesajları yox etməyi, məhdudlaşdırıcı ifadələrdən qaçınmağı və üstəlik iş görəndə hər zaman vəkilləri dialoqlara daxil etməyi tövsiyə edirdi. Şirkətin bu siyasətləri, son bir il ərzində üzə çıxan üç antitröst (Epic Games və ABŞ Ədliyyə Nazirliyi) davalarının detallarında məlum oldu.
New York Times-ın məlumatına görə, 2008-ci ildə Google, Yahoo ilə reklam razılaşmasının antitröst yoxlanılmasına və müxtəlif patent, ticarət markası və müəllif hüquqları davalarına məruz qaldıqdan sonra bu prosesin təməlini qoymuşdur. Rəhbərlər, işçilərə göndərilən gizli notda, işçilərin “sıx mövzular” haqqında yazmadan öncə iki dəfə düşünməli olduqlarını vurğulamışdılar.
Google-un ani mesajlaşma vasitələrində də dəyişiklik edilərək, mesajların “qeydə alınmamaq” üçün göndərilməsi standart hala gətirildi. Bu yolla, diqqətsiz yazılmış ifadələr ertəsi gün avtomatik olaraq silinirdi.
Google, həmçinin vəkil-müştəri imtiyazını bir növ qanuni qalxan kimi istifadə etmə siyasəti tətbiq edirdi. İşçilərə, e-poçtlara “vəkil-müştəri imtiyazı” qeydini əlavə etmələri və mümkün olduqda Google vəkilini alıcılar siyahısına daxil etmələri tapşırılırdı. Bu, həmin kommunikasiya qanuni müzakirə olmasa belə tətbiq edilirdi.
Bundan əlavə, qanuni proseslər üçün sənədlərin saxlanılması məcburiyyətinə baxmayaraq, Google ani mesajlaşmaları bu çərçivəyə daxil etməmişdi. Davada iştirak edən işçilər yalnız öz təşəbbüsləri ilə söhbət tarixçəsini aç ;ıq saxlaya bilirdilər və əksəriyyəti bu xüsusiyyətdən istifadə etmirdi.
Bu strategiyalar, antitröst davalarında hakimlərin sərt tənqidinə məruz qaldı. Epic işinə rəhbərlik edən Kaliforniya Şimal Bölgəsi ABŞ Bölgə Məhkəməsi hakimi Ceyms Donato, Google-un “dəlillərin bastırılması haqqında köklü bir mədəniyyət” yaratdığını və bu davranışın “ədalətə birbaşa hücum” olduğunu ifadə etdi.
Google-dan əlavə Amazon və Albertsons kimi digər böyük şirkətlərin də oxşar tətbiqlərlə gündəmə gəlməsi, bu cür yanaşmaların texnologiya və iş dünyasında geniş yayılmış bir meyl ola biləcəyini göstərir. Məsələn, Federal Ticarət Komissiyası (FTC), Amazon rəhbərlərinin Signal kimi mesajlaşma vasitələrindən istifadə edərək rəqabət mövzularını müzakirə etdiklərini iddia etdi. FTC həmçinin Albertsons-ın iş mesajlarını silərək qanuni tələbləri pozduğunu irəli sürdü.
Google, reklam texnologiyası ilə bağlı antitröst işinə baxan Virciniya Şərqi Bölgəsi Bölgə Məhkəməsi hakimi Leonie Brinkema tərəfindən də sərt tənqidlərə məruz qaldı. Hakim Brinkema, avqust ayında keçirilən məhkəmədə, Google-un sənəd saxlama siyasətlərinin &ldquo ;məsuliyyətli bir korporativ varlığın işinə uyğun olmadığını” qeyd edərək “çox sayda dəlilin çox güman ki, yox edildiyini” söylədi. Ədliyyə Nazirliyi, əskik sənədlərin Google əleyhinə bir fərziyyə yaratmasını tələb etdi və bunun şirkətin inhisar gücü və rəqabətə qarşı davranışlarına dair işlərdə keçərli olmasını istədi. İşdə bağlanış çıxışlarının yaxın günlərdə aparılması planlaşdırılır.
Adətən şirkətlərin Marie Kondo-suna çevrilən Google-un sənəd idarəetmə siyasətləri bəzi mütəxəssislər tərəfindən “korporativ bir tənzimləmə və minimalizm” cəhdi olaraq görülsə də, bu vəziyyətin şəffaflıq baxımından mənfi təsir yaratdığı ifadə edilir. Gonzaga Universiteti Hüquq Fakültəsindən professor Agnieszka McPeak, “Google, yuxarıdan aşağıya bir siyasətlə ‘bizi pis göstərə biləcək heç bir şeyi saxlamaq’ prinsipini mənimsəmişdir” dedi. Lakin bu yanaşmanın əksinə bir təsir yaradır və şirkəti daha şübhəli vəziyyətə salır.
Google-un bu cür tədbirlər görməsinin arxasında, 1998-ci ildə Microsoft-a qarşı açılan antitröst işinin təsiri olduğu düşünülür. Ədliyyə Nazirliyi, Microsoft-un internet brauzer bazarında inhisarçı davranışlarını ortaya qoymaq ü ;çün şirkət daxili sənədlərdən istifadə etmişdi. Bu sənədlərdə, yüksək vəzifəli rəhbərlərin aqressiv və təhdidkar dil istifadə etdiyi müəyyən edilmişdi. Məsələn, Apple-ı bir xüsusiyyəti ləğv etməyə inandırmağa çalışan bir rəhbərin “Uşağı bıçaqlamağınızı istəyirik” ifadəsini istifadə etməsi işin əsas məqamlarından biri olmuşdu.
Microsoft işi uduzdu, amma qərar apellyasiyada qismən ləğv edilmişdi. Buna baxmayaraq, bu hadisə Google və başqaları üçün bir presedent olaraq qeyd edildi.
Google, böyüdükcə işçilərinin dilini və yazışmalarını daha da məhdudlaşdırmağa başladı. 2011-ci ildə hazırlanan “Axtarış Qrupu üçün Antitröst Əsasları” adlı bir sənəddə, “bazar”, “bazar payı” və ya “hakimiyyət” kimi sözlərin istifadə edilməməsi lazım olduğu qeyd edilmişdi. Şirkət, müharibə və ya idman metaforlarından, qazanc və ya zərər anlayışlarından tamamilə çəkinilməsini tələb etdi.
Google-un yazışmalarını qanuni proseslərdən uzaq tutmaq üçün tətbiq etdiyi metodlar bir daha tənqidlərin hədəfinə ç ;evrildi. Şirkətin, işçilərinin vəkilləri yazışmalara daxil edərək “qanuni imtiyaz” qalxanı yaratmasını təşviq etdiyi sənədlər, xüsusilə Epic Games-in açdığı işdə diqqət çəkdi. Google-un CEO-su Sundar Pichai-nin 2018-ci ildə bir rəhbərə göndərdiyi, “Attorney Client Privileged, Confidential” ifadəsini ehtiva edən e-poçt, əslində heç bir qanuni kontekst daşımamasına baxmayaraq qanuni qoruma səbəbiylə məhkəmədən gizlədilmişdi. Bu sənəd, Epic-in etirazı ilə qoruma çərçivəsindən çıxarıldı.
Məhkəmə zamanı Google-un baş hüquq müşaviri Kent Walker, işçilərin “imtiyaz” anlayışını “gizli” ilə qarışdırdığını müdafiə etdi. Lakin Epic işindəki sübutlar, bəzi Google vəkillərinin bu tətbiqi “saxta imtiyaz” olaraq adlandıraraq alaycı bir münasibət göstərdiyini ortaya qoydu. Walker, bu ifadəni eşitdiyində “məyus olduğunu” və “təəccübləndiyini” söylədi.
İşin nəticəsində münsiflər heyəti, Epic Games-in bütün iddialarında haqlı olduğuna qərar verdi. Bunun ardınca, Kent Walker-ın Kaliforniya Ştatı Barosu tərəfindən Google-u sənəd yox etməyə təşviq etdiyi iddiaları ilə araşdırılması tələb edildi.
Sentyabr 2023-də, Google internet axtarışındakı hakimiyyəti səbəbilə bir antitröst işində mühakimə olunarkən, Ədliyyə Nazirliyi şirkətin on minlərlə sənədi imtiyazlı olduqlarını iddia edərək gizlətdiyini irəli sürdü. Sənədlər məhkəmə tərəfindən incələndikdə, heç bir şəkildə imtiyazlı olmadıqları məlum oldu.
Məhkəmə hakimi Amit P. Mehta, Google-un Microsoft-dan açıq şəkildə dərs aldığını və işçilərini “pis” dəlil yaratmamaları mövzusunda effektiv şəkildə öyrətdiyini qeyd etdi. Hakim Mehta nəticədə bunun əhəmiyyətli olmadığını dedi: Avqust ayında Google-u inhisarçı olmaqda günahkar bildi.
Google-un dəlilləri gizlətmə və yox etmə mədəniyyəti işçilərə o qədər aşılanmışdı ki, bəzi işçilər, YouTube-un keçmiş iş inkişaf direktoru Robert Kyncl, bir dəfə gizli bir sənədi e-poçtla göndərmək əvəzinə faksla göndərməyi seçmişdi. 2021-ci ildə bir qrup söhbətində bir işçi belə soruşurdu: “Burada tarixçəni saxlamağımın bir zərəri varmı? Yaddaş məqsədi ilə bəzi məlumatları saxlamağım lazımdır.”
Ədliyyə Nazirliyinin vəkillərindən biri reklam texnologiyası işinin avqust ayındakı iclasında Google işçilərinin bu qeyri-qanuni söhbətləri ‘Vegas’ olaraq adlandırdıqlarını söylədi. Amma Hollivuddan bildiyimiz kimi Vegas-da olan, ümumiyyətlə, Vegas-da qalmır.
2023-cü ilə gəldikdə, ABŞ Federal Ticarət Komissiyası (FTC) və Ədliyyə Nazirliyi, mesajlaşma tətbiqləri vasitəsilə edilən ünsiyyətlərin də qanuni sənəd çərçivəsinə daxil edilməsi lazım olduğunu açıq şəkildə bildirdi. Buna cavab olaraq, Google yazışma siyasətlərini dəyişdirdi və artıq bütün mesajların standart olaraq saxlanmasını məcburi etdi. İş prosesi daxilində olan işçilər artıq söhbət tarixçəsini bağlaya bilməz. Lakin köhnə vərdişlər asanlıqla unudulmur. Şirkət daxilində bəzi işç ;ilər Meta-nın təhlükəsiz mesajlaşma tətbiqi WhatsApp-da gizli ünsiyyət qurmağa davam edirdi.
Nəticə olaraq, Google üçün antitröst davaları və mübarizəsi daha yeni başlayır. Şirkətin “inhisarçı” olaraq adlandırılmasının ardından 2025-ci il boyunca bir sıra davalar olacaq. Ədliyyə Nazirliyi isə Google-u parçalamaq niyyətindədir. Chrome-un satılması və Axtarışda köklü dəyişikliklərin edilməsi müzakirələrin başında yer alır.