SON ELANLAR

519 elan tapıldı

Ikinci el telefon

TelSat.Az istifadəçilərə yeni telefonlardan başqa həmçinin ikinci əl telefonların alış və satışı imkanını təmin edir. İstifadəçilər sayt vasitəsilə telefonlarını onlayn sata, və ya özlərinə başqa bir telefon ala bilərlər. Qeyd edək ki, telefonların satış qiymətləri elanları yerləşdirən şəxslər tərəfindən təyin olunur. Bu səbəbdən islenmis telefon qiymetleri satıcılar əsasında nizamlanır. iPhone 12,13 seriyası kimi bilinən modellərin ikinci əl qiymətləri digər telefon modellərinə nəzərən daha yüksək olur. Həmçinin bu telefonların satılma ehtimalı da digərlərinə nəzərən yüksəkdir. İşlənmiş telefon alarkən ilk öncə onun İMEİ kodunu yoxlamağı unutmayın. Beləliklə telefonun kreditdə olub olmadığını və ya operatorlar tərəfindən qara siyahıya salınıb salınmadığını öyrənə bilərsiniz. Ikinci el telefon alarkən ödənişləri məhsulu görmədən satıcının kartına göndərməyin. Dələduzluq hallarından qorunmaq üçün telefon haqqında ətraflıca məlumat alın.

Telefon qiymetleri

Telefon ekosistemində işlənmiş telefonların alış-satışı yeni telefonlara nəzərən daha çoxdur. Satılan telefonların qiyməti həmin smartfonun çıxış tarixindən, istifadə edilmə müddətindən və vəziyyətindən aslıdır. Adətən Android telefonlarda 1 il müddətində ikinci əl satış qiyməti yarı-yarıya düşür. Bunun əsas səbəbi 1 il ərzində bir çox yeni telefonun satışa çıxmasıdır. Həmçinin telefonun istifadə edilmə müddəti də rol oynayır. Uzun müddət istifadə edilən telefonlar dəyərindən daha az qiymətə satılır. Həmçinin telefon satarkən telefonun vəziyyəti də rol oynayır. Müxtəlif problemləri olan, təmir edilmiş telefonlar daha az alıcı tapa bilir. Cızığı, çatı olan telefonlar isə digərlərinə nəzərən həm az alıcı tapır, həm də daha ucuza satılmalı olur.

Telefon modelleri

Hal-hazırda telefon istehsalçıları il ərzində 30-a yaxın telefon modeli istehsal edir. Bunlar bir-birindən adətən seqmentlərinə və qiymətlərinə görə fərqlənirlər. 4 kameralı telefonlar adətən flaqman seqmentində yerləşir. Daha az kamerası və ramı olan telefonlar orta-giriş seqmentlərində yerləşir. Telefon modeli seçərkən istifadəçilər daha çox kameraya diqqət yetirir. Bu səbəbdən ikinci əl telefon satışında tək kameralı telefonlar adətən alıcı tapa bilmir. Xiaomi kimi markalar telefon modelləri istehsal edərkən hər büdcəyə uyğun modellər hazırlamağa daha çox diqqət edir. Telefon ekosisteminə nəzər yetirsək ən çox orta seqment telefon istehsalında Xiaomi şirkəti liderlikdədir. İstifadəçilər adətən hər şeyin ən yaxşısını istədiklərində flaqman seqmentində yerləşən telefon modellərinə yönəlirlər. Çünki bu modellər həm kamera, həm performans, həm dizayn cəhətdən zirvədə olurlar.

Telefon aksesurları

Telefonlar artıq insanların həyatının önəmli bir parçasına çevrilib. Hər il yüzlərlə telefon istehsal olunan bu ekosistemdə telefon aksesuarları da dəyər qazanmağa başlayıb. Yeni və ya işlənmiş telefon alan istifadəçi aksesuar almadan yan keçmir. Bu səbəbdən telefonlar üçün aksesuar sayı və çeşidi ciddi dərəcədə artıb. Artıq istifadəçilər batareya problemi yaşayanda powerbank bənzəri keyslər istifadə edə bilər. Həmçinin müxtəlif usb kabellər, ekran qoruyucular, vinillər və s. bir xeyli tələb görür. Bütün bunları nəzərə aldıqda siz TelSat.Az-saytında müxtəlif aksesuarlar da əldə edə bilərsiniz. Həmçinin bu aksesuarların alışı, satışı, barteri də mümkündür. Bunun üçün saytımızdakı Aksesuar bölməsinə nəzər yetirməyi unutmatın.

 

Barter telefonlar

Yerli bazarda istifadəçilərin telefon dəyişərkən ən çox istifadə etdiyi metodlardan biri də telefonları barter etməkdir. Barter telefonlar adətən eyni dəyərdə bir telefonla və ya üzərində pul verərək başqa bir telefonla dəyişdirilir. Telefon barter edən istifadəçilər adətən Android telefonlardan iPhone telefonlarına keçmək üçün bunu edirlər. Telefon barter edərkən qarşı tərəfin təklif etdiyi telefonu diqqətlə yoxlamağı unutmayın. Yenə də bu zaman imei kodunun yoxlanılması əsas önəmi daşıyır. Siz TelSat.Az saytı vasitəsilə öz telefonunu barter edə də bilərsiniz. Bunun üçün saytımızda elan yerləşdirərkən barter seçiminə klik etməyiniz yetərli olacaqdır. Əgər barter edərkən pul və telefon müqavilində etmək fikriniz varsa açıqlama hissəsində bunu bildirməyi unutmayın.

Kreditle telefon

TelSat.Az saytı istifadəçilərə kreditlə telefon almaq imkanını da təmin edir. Beləki əməkdaşlıq qurduğumuz mağazalar telefonları həm də kreditlə satır. Siz saytımıza girərək bəyəndiyiniz model haqqında uyğun mağazaya yazaraq kreditlə ödəniş olub olmadığını soruşa bilərsiniz. Kreditlə telefon alarkən adətən ödəniş məbləği aylara bölünür. Bu zaman ödəniş miqdarı nəğd ödənişlərə nəzərən qismən daha baha olur. Lakin bunu istəməyən istifadəçilər taksit kartlarla ödəniş haqqında TelSat.Az-dakı mağazalardan maraqlana bilərlər. Uyğun olduğu halda istifadəçi faizsiz, ilkin ödəniş etmədən öz istədiyi telefona sahib ola bilər. Qeyd edək ki, TelSat.Az fərdi mağaza deyil. Bir elan saytıdır və fərdi mağazalara onlayn satış həlləri təklif edir.

kreditle telefonislenmis telefonlarikinci el telefonlar