• az
    AZ EN RU
  • Seçilmişlər0
  • Giriş
  • Qeydiyyat
  • Mesajlar
  • Guest
    Hesabın redaktəsi Balansı artırmaq Mənim elanlarım Blok etdiyiniz istifadəçilər Abunə olduqlarım Axtarış şablonları Çıxış
TELSAT.AZ
TELSAT.AZ
TELSAT.AZ
  • Haqqımızda
  • Qaydalar
    • İstifadəçi razılaşması
    • Məxfilik siyasəti
    • Ödənişli xidmətlər
    • Ümumi qaydalar
  • Saytda reklam
  • Xəbərlər
  • Mağaza yarat
  • Mağaza yarat
    Elan yerləşdir
  • Elan yerləşdir

    Kataloq

  • Telefonlar
  • Bütün elanlar
  • Mobil telefonlar
  • Stasionar telefonlar
  • Digər
  • Kompüter və Planşetlər
  • Bütün elanlar
  • Kompüterlər
  • Planşetlər
  • Noutbuklar
  • Netbook
  • Macbook
  • Digər
  • Smart cihazlar
  • Bütün elanlar
  • Saatlar
  • Qolbaqlar
  • Digər
  • Aksesuarlar
  • Bütün elanlar
  • Telefonlar üçün
  • Kompüter və Noutbuklar üçün
  • Smart cihazlar üçün
  • Digər
  • Mobil nömrələr
  • Bütün elanlar
  • Azercell
  • Bakcell
  • Nar
  • Naxtel
  • BTRİB

Əsas Hesab Yeni elan Seçilmişlər Kataloq
Qiymət -
Bütün alt kateqoriyaları göstər

Macbook

img
Xəbərlər
Lenovo qatlanan sensor ekranlı Chromebook-u təqdim etdi ! Samsung Galaxy S24-ün mümkün dizaynı ortaya çıxdı WhatsApp Veb tətbiqi dəyişir: Yeni nə var? Apple iPhone 15 Pro-nun həddindən artıq istiləşməsi dizayn seçimləri ilə əlaqədardır ! ChatGPT indi daha da bacarıqlıdır: O, görə, eşidə və danışa bilir! Elon Musk`ın Neuralink beyin implantı üçün insan sınaqlarına başlayır ! DALL-E 3 təqdim edildi: ChatGPT indi də şəkillər yarada bilər Telefon, yoxsa çanta? WhatsApp iPad-ə gəlir: Testlər başladı! İPhone`nun yeni StandBy funksiyasını niyə istifadə edək?

SON ELANLAR

1 elan tapıldı

2 700 AZN

0 AZN

Apple Macbook Makbuk

Bakı   13 sentyabr 2023

Xəbərlər

Lenovo Flex 5
Lenovo qatlanan sensor ekranlı Chromebook-u təqdim etdi !
Bugün, 09:00
156
Samsung Galaxy S24-ün mümkün dizaynı ortaya çıxdı
29 sentyabr, 15:40
192
WhatsAppVeb
WhatsApp Veb tətbiqi dəyişir: Yeni nə var?
28 sentyabr, 10:00
227
Hamısını göstər

Macbook

Macbooklar

Apple şirkətinin ən çox gəlir qazandıran məhsul seqmentindən biri Macbook cihazlarıdır. Uzun illərdir ki, şirkət öz Macbook-ları ilə premium seqmenti hədəfləyir. Macbook-ların sevilməsinin əsas səbəbləri incə dizaynda olması, batareyasının uzun müddət getməsi, səssiz işləməsi və performansıdır. Hal-hazırda Apple Silicon prosessorları ilə təchiz olunan yeni Macbook-lar bazarda rəqibsiz hesab edilir. Performansdan əlavə səssiz işləməsi isə böyük fərqlilikdir. Şirkətin Macbook cihazlarında passiv soyutma sisteminin və fanların olmaması sakitlik sevən istifadəçilər üçün birə-birdir. M2 Max və M2 Pro prosessorları ilə təchiz edilən yeni Macbook-lar xüsusilə performansı ilə fərqlənir. Beləki bu notbuklar 8K ölçülərində RAW video formatlarını belə donmadan göstərə bilər. Bundan əlavə istifadə etdiyi yüksək keyfiyyətli Retina ekranları ilə rəqiblərindən fərqlənə bilirlər. Bu da qrafik dizaynerlər üçün əsas göstəricidir. Apple tərəfindən yüksək dəqiqlikdə kalibrasiya edilmiş bu ekranlar bütün rəng şkalasını tam doğruluqla göstərə bilir. Apple şirkəti hər istifadəçiyə xitab etmək üçün Macbook notbuklarının Sadə, Pro, Air olmaqla 3 versiyada istehsal edir. Macbook Pro modelləri ən güclü detallarla təchiz olunur. Beləliklə ən yüksək performansı istəyən istifadəçilərin seçimi MacBook Pro olur. AİR isə qismən daha az büdcəli model hesab olunur. Qiyməti səbəbilə Pro qədər güclü olmur. Sadə versiya isə standart model hesab edilir. Air-dən güclü, Pro modelindən zəif olur. Qiyməti də buna əsasən nizamlanır.

Macbook modelləri

Apple şirkəti Macbook notbuklarını əsasən 3 kateqoriyaya bölür. Bunlar Air, Regular və Pro modellərdir. Bu modellərin hər biri bir-birindən performansına, ekranına və digər detallarına görə fərqlənir. Regular model standart modeldir. Hər kəs üçün nəzərdə tutulub. Air model büdcə dostu model hesab edilir. Əsasən fansız və ən səssiz model hesab edilir. Bu səbəbdən performans olaraq da digər ikisindən daha zəifdir. Passiv soyutma sistemi ilə təchiz olunub. Ekranı da digər 2 model ilə müqayisədə daha zəif olsa da bazardakı bir çox notbuk modelindən daha yaxşıdır. Pro model isə Apple şirkətinin ən güclü Macbook modelidir. Həm ekranı, həm performansı ilə zirvəyə oynayır. Həmçinin qiymət olaraq da aralarında ən bahasıdır. Pro model aktiv soyutma sistemi ilə təchiz olunub və notbukun daxilində soyutma fanı quraşdırılıb. Bunun əsas səbəbi notbukun dizaynının incə olması və performansının çox olmasıdır. Bu səbəbdən qızmaması üçün daha güclü soyutma sisteminə ehtiyyac var. İstifadə edilən Retina ekran isə öz seriyasında ən üstün versiyadır. Adətək 4K-a kimi dəstək verə bilir. Macbook Pro-ların üstün cəhəti ondadır ki, 8K videoları asanlıqla redakte etməyə imkan yaradır. Bu baxımdan bazarda rəqibsizdir demək olar. Bundan başqa digər modellərdən fərqli olaraq ən çox giriş portu da Macbook Pro modellərində olur. İstifadəçilər giriş portları üçün əlavə qurğu almağa ehtiyyac hiss etmir.

Macbook qiyməti

Hər notbuk modelində olduğu kimi Macbookların qiymeti de onun parametrləri və modelinə görə nizamlanır. Beləki istifadə edilən ram və yaddaş tutumuna görə qiymətlər kəskin arta bilir. Standart versiyalarda adətən 8 GB ram və 256 GB yaddaş olur. Lakin 1 TB-a qədər yaddaş və 16 GB-a qədər ram seçimlərində qiymət ciddi olaraq artır. Bundan başqa Macbook Pro modeli ailənin ən güclüsü olduğu üçün ən bahalısı da odur.Hal-hazırda Macbook Pro 16 düym 2021 modeli 2500 dollardan başlayan qiymətlərlə satışdadır. Ən üst versiyası isə 3500 dollara satılır. Macbook seriyasının büdcə dostu modeli olan MacBook Air isə 999 dollardan satışa çıxıb. Lakin qeyd edək ki, Macbook Air modelinin 2021 versiyası yoxdur. Bu səbəbdən bu notbuk bir nəsil öncəki Apple M1 çipsetini istifadə edir. Macbook Pro modellərinin isə 2021 versiyaları var və Apple-ın yeni M2 Pro və M2 Max çipsetlərini istifadə edirlər. Həmçinin 16 GB ramlı versiyalar digərlərinə nəzərən 500 dollar daha baha olur. Apple öz notbuklarında xüsusi sürətli ramlardan istifadə edir. Bu ramlar AMD tərəfindən istehsal edilmiş HBM ramlardır.

İkinci Əl Macbook

TelSat.Az sizlərə ikinci el macbook almaq imkanını verir. Saytımızda elanlar kateqoriyasında Macbook bölməsinə keçid edərək işlənmiş macbook modellərinə baxa bilərsiniz. Macbook noutbuklarının ikinci el bazarı digər markaların modelləri ilə müqayisədə fərqlidir. Bunun əsas səbəbi Apple məhsullarının gec dəyərdən düşməsidir. Buna görə də islenmis macbookların qiymeti baha olur. Macbook alarkən diqqət etməli olduğunuz əsas şey iCloud hesablarının tamamilə silinmiş olmasıdır. Əks halda bəzi problemlər yarana bilər. Həmçinin notbukun adaptorlarının yaxşı vəziyyətdə olub-olmaması yoxlanılmalıdır. İşlənmiş Macbook alarkən Air, Pro yoxsa Regular model alacağınızı yaxşı seçməlisiniz. Macbook Pro modellərinin işlənmişləri adətən yenisinin qiymətinə yaxın bir qiymətdə satılır. Macbook modellərindən ən asan tapılanı isə Air modelidir. Çünki daha büdcə dostu qiyməti olduğu üçün satarkən daha tez alıcı tapmaq mümkün olur. Əksinə Pro modelləri isə qiyməti səbəbilə daha gec satıla bilir. Aldığınız Macbook modelini Apple-ın saytında məhsulun nömrəsi ilə yoxlayaraq original olub olmadığını, nə vaxt aktivləşdirildiyini təyin edə bilərsiniz. Ölkəmizdə də rəsmi servisləri olan Macbook modellərinin təmiri qismən çətin olsa da detallar Apple tərəfindən göndərildiyi üçün problem olmur.

TELSAT.AZ

TelSat.az — Azərbaycanın ilk və tək mobil telefon elanları saytıdır.

Saytın rəhbərliyi reklam bannerlərinin və elanların məzmununa görə məsuliyyət daşımır.

Servisin inzibatçılığını Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış və qeydiyyatdan keçmiş TELSAT MMC (VÖEN 1604594211) həyata keçirir.

Əlaqə

  • [email protected]
  • +994 55 272-06-66
© 2010 - 2023 TELSAT.AZ. Bütün hüquqlar qorunur.