Kompüter və Planşetlər

SON ELANLAR

96 elan tapıldı

Kompüter və Planşetlər

Komputerler

Komputerlər dedikdə əsasən masaüstü komputerlər nəzərdə tutulur. Bu komputerlər notbuklara nəzərən daşınması çətin olan cihazlardır. Monitor, keys, klaviatura və s. detallardan ibarət olan komputerlər notbuklara nəzərən daha güclü olurlar. Bunun əsas səbəblərindən biri istifadə olunan detalların daha güclü olmasıdır. TelSat.Az saytında komputerlər kateqoriyasına baxaraq ikinci əl komputerlər ala bilərsiniz. Masaüstü komputerlərin satış qiyməti digərlərinə nəzərən daha dəyişkən olur. Bunun əsas səbəbi istifadə olunan detalların çeşidliliyidir. Müxtəlif keyslər, monitorlar, videokartlar, prosessorlar olduğu üçün eyni gücdəki komputer digərindən daha baha və ya daha ucuz ola bilər. İşlənmiş komputerlər satılarkən adətən ya detalları hissə-hissə satılır, ya da bütün aksessuarları ilə birliktə satılır. Azərbaycanda orda gücdə ikinci əl komputer almaq üçün minimum büdcə 1500-1800 azn arasında dəyişir. İstifadəçilər adətən komputer alarkən ya sıfırdan yığdırmağı, ya da sadəcə keysdən ibarət olan komputerləri almağı seçirlər. Bu halda daha ucuz qiymətlərə istənilən parametrli komputerlər almaq mümkün olur. Həmçinin Bakıda komputerlərin onlayn satışını təmin edən bir çox mağaza və sayt mövcuddur. TelSat.Az- da onlardan biridir.

Notbuklar

Notbuklar portativ, daşınması asan olan cihazlardır. Masaüstü komputerlərin iri və ağır olması səbəbilə şirkətlər daha portativ komputerlər istehsal etmək üçün işləməyə başladılar. Və nəhayət notbuklar istehsal edilə bildi. Bundan 10 il öncə notbuklar daha ağır, daha qalın olarkən indi daha inci və həfif modellər bazarda bir xeyli mövcuddur. Notbuk qiymətləri cihazın parametrlərindən aslı olaraq dəyişir. Hər seqmentə xitab edən notbuk modellərinin olması istifadəçilərin masaüstü komputer əvəzinə notbuk almağı seçməsini təmin edir. İkinci əl notbuk almaq istəyənlər TelSat.Az- saytında uyğun kateqoriyaya baxa bilərlər. Notbukların qiymətləri adətən marka və modellərə görə dəyişir. MSİ, ASUS kimi premium markaların notbukları digər markalara nəzərən daha baha olur. HP, Acer kimi markaların modelləri isə digərlərinə nəzərən daha uyğun qiymətli olurlar. İşlənmiş notbuk alarkən ən diqqət etməli olduğunuz məsələ soyutma sisteminə önəm verməkdir. Bəzən notbuk nə qədər ucuz olsa da soyutma sisteminin problemli olması o cihazı istifadə etməyə maneələr yaradır. Həmçinin notbukları 6 aydan bir təmizləmək lazımdır. Beləliklə cihazın performansı azalmadan, isinmələr olmadan rahatlıqla istifadə edə biləcəksiniz.

Planşetlər

Komputer istehsalçıları portativ cihazlar olaraq notbukları istehsal etdikdən sonra belə istifadəçilər tam razı olmadı. Mövcud notbukların böyük olması, smartfonların isə balaca olması istifadəçilərin tələbini tam qarşılamadı. Beləliklə markalar Planşetlərə yönəldilər. Planşetlər notbuklardan daha kiçik, smartfonlardan daha böyük olduğu üçün bir çox istifadəçinin tələbini qarşılaya bildi. Hal-hazırda planşet bazarında lider marka Apple şirkətidir. Apple iPad modelləri ilə daha çox premium seqmenti hədəfləyir. Lakin orta və giriş seqmenti üçün Android planşetlər də mövcuddur. Ən bilinən markalardan olan Samsung özünün Galaxy Tab S8 planşet modeli ilə rəğbət toplaya bilib. İkinci əl planşetlərin satış qiyməti iOS yoxsa Android olmasından aslı olaraq çox ciddi dəyişir. Apple iPad planşetlərinin ikinci əl qiymətləri qismən baha olur. Burada markanın dəyərli olması da rol oynayır. Digər tərəfdən daha ucuz planşet almaq istəyənlər Android markalara yönəlməlidirlər. Xüsusilə Xiaomi, Oppo və Huawei kimi çinli markaların planşetləri daha büdcə dostu olurlar. Əgər daha keyfiyyətli planşet istəyirsinizsə Samsung Galaxy Tab seriyası sizin üçün ideal seçim olacaqdır.

Netbook

Notbukların ixtira edilməsindən sonra istehsalçı markalar daha kiçik notbuk modeli ixtira etmək istəyirdilər. Daha zəif parametrli, sadəcə yazı yazmaq kimi ofis işləri üçün nəzərdə tutulurdu. Beləliklə Netbuklar yarandı. Netbuklar əslində notbukların bir alt qoludur. Notbuklara nəzərən bu cihazlar daha kiçik, daha zəif olurlar. Xüsusilə az büdcə ilə notbuk alanlara xitab edir. Netbuklar əsasən ofis və yazı işləri üçün uyğun olan cihazlardır. İkinci əl netbuk qiymətləri notbuklara nəzərən daha ucuz olur. Lakin netbuklar notbuklar qədər çox satılmadığı üçün işlənmiş netbuk tapmaq daha çətindir. İkinci əl netbuk almaq istəyənlər TelSat.Az-saytına baş çəkə bilərlər. Büdcənizə uyğun netbuk elanı varsa dəyərləndirməyə tələsin. Həmçinin mövcud mağazalara baxaraq elanları görə bilərsiniz. Netbuk alarkən daha yeni modellərə diqqət etməyiniz önəmlidir. Çünki köhnə modellərin parametrləri çox zəif olduğu üçün günümüzdə istifadə edilən ofis proqramlarının tələblərini belə ödəyə bilmirlər. Həmçinin qeyd edək ki, ikinci əl netbukların qiyməti 300-600 manat arasında dəyişir. Daha yüksək qiymətli modellər də mövcuddur.

Macbook

Notbuk dedikdə ağla ilk gələn markalardan biri Apple şirkəti və onun Macbook modelləridir. Macbook-lar digər notbuklardan həm performansına, həm batareya saxlama qabiliyyətlərinə, həm də daha səssiz işləmək bacarıqlarına görə fərqlənirlər. Apple şirkəti Macbook-larını adətən 3 kateqoriyada olmaqla istifadəçilərə təqdim edir. Bunlar Macbook Air, Sadə və Macbook Pro versiyalardır. Macbook Pro modelləri şirkətin ən güclü, ən performanslı notbuk seriyasıdır. Bu səbəbdən qiymətləri də daha baha olur. Macbook Pro-ların 2021 modellərinin qiymətləri 2500-3500 dollar arasında dəyişir. Azərbaycanda isə minimum 1700-1800 azn-dən başlayan qiymətlərlə ikinci əl olaraq tapmaq mümkündür. Daha az büdcəsi olan istifadəçilər üçün isə Macbook Air modeli təqdim edilir. Pro modelindən daha zəif olan Air modeli performans olaraq istifadəçiləri qane edir. Lakin bəzi funksiyalar baxımından əskiklik çəkə bilir. İşlənmiş Apple notbuku istəyənlər adətən Macbook Air modelinə yönəlirlər. Çünki büdcə olaraq daha uyğun olurlar. Macbook Air modelləri 1000 dollardan başlayan qiymətlərlə satılırlar. Azərbaycanda ikinci əl macbook air almaq istəyənlər 1400-1600 azn aralığında istədiyi modelləri tapa bilərlər.