Noutbuklar
· Məhşur Noutbuk Markaları
Noutbuk ekosistemində bir çox markalar mövcuddur. Bəziləri yaxın 10 ildə qurulmuş, bəziləri isə 30 ildir mövcuddur. Hal-hazırda Azərbaycanda və dünyada ən məhşur olan noutbuk markaları bunlardır: Asus, HP, Acer, MSİ və Lenovo. Xüsusilə Lenovo Notebook-ları son zamanlarda daha çox ön plana çıxır. Həm rəsmi servislərinin olması, həm qiymət olaraq hər seqmentə xitab etməsi istifadəçilərin diqqətini çəkir. Adətən daha güclü işlər üçün, məsələn oyun oynamaq, video render etmək istifadəçilər ASUS Notebook-larını və ya MSİ Notebook-larını seçir. Çünki bu markalar xüsusilə üst seqmentlər üçün məhsul buraxır və bir xeyli güclü parametrləri olur. HP Notebook-ları Azərbaycanda əsasən iş və ofis üçün istifadə edilir. Çox güc tələb etməyən bu istiqamətlərdə HP seçilən marka olur. Lakin son illərdə HP Omen Notebook-ları ilə şirkət gaming və üst seqmenti də hədəfləməyə başlayıb. Acer Notebook modelləri əsasən hər seqmentdə özünü göstərir. Həm dizaynı, həm soyutma sistemi ilə digər markalardan seçilən Acer əvvəlki illərə nəzərən daha premium modellər istehsal edir. Acer Predator, Acer Triton modelləri ilə video render etmək istəyənlər üçün ideal markalardan biridir demək doğru olar. Bu markalar arasında ən bahalı olan isə ASUS Notebook-larıdır. ASUS şirkəti öz modellərində dizayna xüsusilə önəm verir. ASUS ROG Notebook-ları şirkətin ən üst seqmentidir və adətən 2000 dollardan başlayan qiymətlərlə satışa çıxır.
· Noutbuk modelləri
Notebook istehsalçıların ilk strategiyası hər seqmentdən istifadəçiyə xitab edəcək cihazlar hazırlamaqdır. Bu səbəbdən ASUS, Lenovo, Acer, MSİ, HP kimi nəhəng şirkətlər öz məhsullarını müxtəliq seqmentlərə ayırır. Məsələn ASUS şirkəti ASUS ROG Notebook seriyası ilə yüksək qrafikada oyun oynamaq istəyən gamerləri hədəfləyir. ASUS ROG Strix modelləri ilə ən üst səviyyəni istiyən istifadəçiləri hədəfləyir. Bu modellər ən son və ən güclü texnologiyaları istifadə edir. ASUS TUF seriyası isə əsasən büdcə dostu hesab olunur. ASUS TUF Notebook-lar əsasən performansa fokuslanan, lakin qiymət olaraq çox da baha olmayan modellərdir. Lenovo şirkəti də eyni strategiyanı tətbiq edir. Lenovo Legion notbukları əsasən oyuncuları, güclü parametr istəyən istifadəçiləri hədəfləyir. Bu səbəbdən şirkətin ən bahalı notbukları bu seriyada olur. Həmçinin şirkət iş üçün notbuk istəyənləri Lenovo ThinkPad modelləri ilə hədəfləyir. Bu modellər incə, soft dizaynı olan, parametr olaraq güclü olmayan notbuklardır. İş və ofis üçün ideal hesab olunur. Şirkətin həmçinin Lenovo İdeaPad, Lenovo Yoga kimi az büdcəsi olanlara xitab edən modelləri də mövcuddur. MSİ şirkəti isə bu markalardan fərqli olaraq əsasən orta-üst və üst seqment istifadəçilərini hədəfləyir. Şirkətin MSİ GE Raider, GS Stealh, GT Titan kimi bir çox notbuk seriyaları mövcuddur. Bunlar həm dizaynı, həm performansı ilə seçilən modellərdir. Adətən oyun oynamaq üçün, video renderləmək, 3D dizaynlar və ya modelləşdirmə edən istifadəçilər tərəfindən seçilir. Qiymətləri də istifadə etdikləri parametrlər səbəbilə yüksək olur.
· Noutbuk qiymetleri
Notebook qiymətləri əsasən notbukun parametrlərindən və markaların dəyərindən aslı olur. Üst seqmentə xitab edən modellər, oyun üçün olan notbuklar ən yeni texnologiyaları istifadə etdiyi üçün daha baha olur. Həmçinin notbuk alarkən seçilən ram və yaddaş həcmləri notbukun qiymətlərinə ciddi dərəcədə təsir edir. Bundan başqa markaların dəyəri də noutbukların satışı qiymətinə təsir edir. Məsələn ASUS və MSİ notbukları eyni parametrli digər markaların modellərinə nəzərən daha baha olur. Çünki bu markalar məhsullarının marketinqinə daha çox büdcə ayırır, həmçinin keyfiyyətləri ilə əlaqəli ən bilinən markalardır deyə bunu notbuk satış qiymətlərinə yansıdırlar. Həmçinin notbuklarda istifadə edilən detalların qiyməti artdığı zaman notbuk qiymətləri də avtomatik artır. Adətən SSD və Ram qiymətləri tez-tez dəyişdiyi üçün notbukların qiyməti bu detallardan aslı olaraq dəyişə bilir. Bundan başqa notbuklarda istifadə edilən ekran panellərinin keyfiyyəti də qiymətə təsir edir. İstehsal sonrasında notbuk ekranları mühəndislər tərəfindən kalibrasiya edilir. Bu da əlavə iş yükü olduğu üçün məhsulun satış qiymətinə öz təsirini göstərir. Əlbəttə bu bütün modellər üçün edilmir. Lakin bu da bir təsiredici faktor hesab edilir. Parametr və detallardan başqa notbuklarda istifadə edilən əlavə işıqlandırmalar, xüsusi dizayn ünsurləri də qiymətlərə təsir edir. RGB işıqlandırması olan notbuklar digər modellərə nəzərən daha baha olurlar. Bir digər faktor isə məhsulun stok sayıdır. Stok sayı tükənən və çox tələb görən notbukların qiyməti də tələbə görə dəyişir.
· İkinci el noutbuklarin satisi
Noutbuk almaq istəyən istifadəçilər hər zaman yeni notbuklar almır. Bəzi vaxtlarda elə ikinci əl notebooklar olur ki, qiymət olaraq çox sərfəli olur. Bakıda işlənmiş noutbuk almaq istəyənlər üçün TelSat.Az öz xidmətlərini təklif edir. Saytımıza daxil olaraq islenmis notbuklar tapa bilərsiniz. Həmçinin onlayn olaraq da notbukları almağınız mümkündür. İkinci el notbukların satış qiyməti adətən telefonlardan fərqli olaraq əsasən parametrləri üzərindən hesablanır. Əgər bir notbuk çox güclüdürsə 1 il sonra da yenisinin qiymətinə asanlıqla satıla bilər. Həmçinin notbukun yaddaşı, ramı xüsusilə qiymətlərin seçilməsində böyük rol oynayır. İslenmis gamer notebookları qismən digərlərinə nəzərən baha olurlar. Lakin ümumi baxsaq notbuklarda qiymətlər ikinci elde 2 ilə qədər yüksək ola bilir. 2 il sonra artıq o notbukun texnologiyası köhnəlmiş hesab edildiyi üçün qiyməti yarı-yarıya qədər enir. İkinci el notbuk alarkən məsləhətdir ki, notbuku bir ustaya göstərəsiniz. Telefondan fərqli olaraq notbuklarda olan problemləri istifadəçilər özləri təyin edə bilmirlər. Bu halda peşakar bir ustanın sizə böyük yardımı dəyəcəkdir.
· Oyun noutbukları
Oyun notebookları hal-hazırda istehsalçı markaların ən çox yönəldiyi seqmenlərdən biridir. Gaming Notebooklari sadəcə oyunlar üçün yox, ciddi işlər üçün də istifadə edilir. Bunun əsas səbəbi parametrlərinin güclü olmasıdır. Lakin oyun noutbuklarını iş noutbuklarından ayıran bir sıra özəlliklər var. Gamer Notebookları digər notbuklara nəzərən fiziki olaraq daha çox göz oxşayan dizaynda hazırlanırlar. Bura müxtəlif led işıqlar, RGB klaviatura, kalibrasiya edilmiş ekranlar daxildir. Həmçinin oyun notbuklarında istifadə edilən detallar maksimum güc ilə saatlarla işləməsi üçün xüsusi optimizasiya edilir. Bundan başqa soyutma sistemləri də xüsusi hazırlanır. ASUS şirkəti artıq öz oyun noutbuklarında maye termopastalardan istifadə edir. Bunun əsas səbəbi öz notbuklarının daha sərin işləməsini təmin etməkdir. Həmçinin digər markalar da gamer notebook-larında xüsusi modifikasiya edilmiş fanlardan istifadə edir. Beləliklə hava axını daha güclü olur və notbuk daha sərin işləyə bilir. Həmçinin oyun notbukları digərlərinə nəzərən daha çox BİOS yenilənmələrini alırlar. Bunun hesabına notbukun performansı daha stabil işləyə bilər. Bu notebook-lara bu qədər tələbin olmasının əsas səbəblərindən biri də E-Sport oyunların artıq çempionatlar halına çevrilməsidir. Yəni insanlar oyunları mükəmməl oynayaraq çempionatlara qatılıb pul qazana bilirlər. Həmçinin streaming servisləri ilə oyun oynayarkən canlı yayımlar açıb izləyici toplaya, abunəlik sistemlərindən gəlir qazana bilirlər. Bütün bunları etmək istəyən istifadəçilər də ilk növbədə oyun notbuklarına yönəlirlər. Oyun noutbuku dedikdə ASUS ROG, ASUS ROG Strix seriyaları, bütün MSİ notbukları, Acer Predator, Acer Triton modelləri, həmçinin HP Omen və Lenovo Legion seriyası bura daxildir.
macbookplanşet