Saatlar

SON ELANLAR

58 elan tapıldı

Smart Saatlar

Apple Watch

Smart saat dedikdə ağla ilk gələn model Apple atch saatlarıdır. Apple şirkətinin bu ekosistemdə öz yeri əvəzedilməzdir. Şirkət hal-hazırda Apple Watch Series 7 modellərini istifadəçilərə satır. Həm yüksək keyfiyyəti, həm funksiyaları səbəbilə daha çox premium seqmentə xitab edən bu modellər qiymət olaraq da bahadır. Apple şirkəti bu öz saatlarında da kompüter və digər məhsullarında istifadə etdiyi yüksək keyfiyyətli Retina ekranlardan istifadə edir. Həm e-sim, həm də İP6X suya qarşı dayanıqlılıq sertifikatı olan bu saatlar bazardakı öz rəqiblərindən bir xeyli üst səviyyədədir. Apple öz saatlarında istifadə etmək üçün WatchOS adını verdiyi əməliyyat sistemini təkmilləşdirib. iOS və MacOS ilə bir çox oxşarlığı olan bu əməliyyat sistemi xüsusilə Apple saatları üçün optimizasiya edilib. Bundan başqa Apple şirkəti bu modellərində Bluetooth 5.0 və Wi-Fi 5 kimi bağlantı texnologiyalarında da istifadə edir. Apple-ın əsas məqsədi odur ki, cihazların bir-biri ilə sinxron işlədiyi bir ekosistem qurmaq istəyir. Beləliklə istifadəçilər cihazlar arası əlaqəni istifadə edərək zəngləri, sms-ləri asanlıqla cavablaya biləcək. Hal-hazırda Çinli markalar da bu strategiyanı tətbiq etməyə çalışır. Lakin Apple-ın əldə etdiyi bu uğuru qazanıb qazana bilməyəcəkləri sual altındadır.

Samsung Galaxy Watch

Samsung Galaxy Watch saatları Android tərəfində ən çox bilinən modellərdəndir. Samsung şirkəti də digər markalar kimi həm daha çox məhsul satmaq, həm öz ekosistemini quraraq cihazlar arası bağlantını inkişaf etdirmək üçün Galaxy Watch saatları ilə yoluna davam edir. Hal-hazırda şirkət ən son Galaxy Watch4 seriyasını satışa buraxıb. Samsung saatlarının ən önəmli xususiyyətlərindən biridi İP68 sertifikatıdır. Bu sertifikat ilə təsdiqlənir ki, bu saatlar 50 metr dərinlikdə olan suda heç bir zərər gəlmədən işləyə biləcək. E-Sim və Gorilla Glass kimi dəstəkləri olan bu saatlarda Samsung-a məxsus Super Amoled ekran istifadə edilir. Digər markalarda olduğu kimi Galaxy Watch saatları da öz WearOS adında əməliyyat sistemlərinə malikdir. 16 GB daxili yaddaşı olan bu modellərdə istifadəçi istədiyi vaxt ağıllı saata bəzi fayllar yükləyib istifadə edə bilər. Xüsusilə musiqi dinləmək üçün istifadə edilməsi daha doğru bir seçimdir. Bluetooth 5.0 və Wi-Fi 5 kimi bağlantı növlərini dəstəkləyən saatlar istifadəçinin öz smartfonu ilə kəsintisiz əlaqə qurmağını təmin edir. Bu il təqdim olunması gözlənilən modellərdə daha güclü parametrlərin olması gözlənilir.

Xiaomi Redmi

Xiaomi-nin alt brendi olan Redmi şirkəti də öz saatları ilə bu ekosistemin bir parçası olmağa davam edir. Ötən il təqdim olunan Redmi Watch 2 modeli ilə büdcə dostu smart saat istəyən istifadəçilərə xitab edən şirkət böyük rəğbət toplaya bilmişdi. Digər nəhəng şirkətlərin əksinə Redmi markası daha çox giriş seqmentinə fokuslanıb. Büdcə dostu modellər ilə yüksək satışlar edən şirkət smart saatlarının dizaynı ilə də bir xeyli fərqlənir. Premium seqmentə xitab edən markaların saatları daha çox oval dizaynda olsa da Redmi şirkətinin saatları dördkünc dizaynı qoruyub saxlayır. Parametr tərəfində çox da iddialı olmayan bu markanın saatları xüsusən istifadəçilərə lazım olan ən spesifik funksiyaları özündə birləşdirir. Bura yuxu rejiminin təyin edilməsi, idman rejimləri, smartfonla qarşılıqlı əlaqə, nəbzin ölçülməsi və s. daxildir. Material keyfiyyəti olaraq da digər markalar kimi paslanmayan metal əvəzinə plastik material istifadə olunub. Bunun da əsas səbəbi cihazın qiymətini istifadəçilərin ala biləcəyi səviyyələrdə saxlamaqdır. Wi-Fi dəstəyi olmayan bu saatlar Bluetooth 5.0 texnologiyasından istifadə edərək smartfonlar ilə daha güclü əlaqə qurmaq imkanını verir.

Huawei Watch

Huawei şirkəti özünün Huawei Watch saatları ilə həm premium seqmentə, həm orta büdcəli seqmentə xitab edir. Şirkətin Watch 3 Pro modeli xüsusilə üst seqmentlər üçün hazırlanıb. 16 GB daxili yaddaşın olması, eSim, Wi-Fi və Bluetooth 5.0 dəstəklərinə malik olması bu saatı bir xeyli rəqabətcil edir. Həmçinin musiqi dinləməyə imkan verən bu saat ilə birbaşa smartfon zənglərini cavablamaq, sms və bildirişlərə baxmaq olur. Amoled ekran ilə təchiz olunan Watch 3 Pro modeli ötən il təqdim edilib. Şirkətin bir digər smart saat seriyası isə Watch GT modelləridir. Bu smart saat seriyası isə orta seqmentə xitab edib. Bu səbəbdən digər seriya kimi yüksək daxili yaddaşa malik deyil. Wi-Fi dəstəyi olmayan bu seriyanın ən son üzvü isə 2021-də təqdim olunan Huawei Watch GT 3 modelidir.250 dollar civarinda bir qiymətə satılan bu smart saat Huawei-n smartfonları ilə daha yaxşı sinxron şəkildə işləyə bilir. Termometr, qan təzyiqi, nəbz ölmək və s. kimi özəlliklərə məxsus GT 3 saatları bazarda qiymətinə görə ən çox funksiyanı təklif edən modellərdən biri hesab olunur.

Amazfit

Amazfit xüsusilə ağıllı qolbaqlar və ağıllı saatlar istehsal edən bir markadır. Bu markanın ən spesifik özəlliklərindən biri Zepp adlı tətbiqinin olmasıdır. İstifadəçilər bu tətbiqi yükləyərək öz saatları üzərində tamamilə kontrol sahibi ola bilərlər. Şirkətin ən son təqdim etdiyi model isə Amazfit GTS 3-dür. Bu smart saatın ən fərqli cəhəti təyyarələrdə istifadə olunan həfif aliminyum gövdə ilə təchiz olunmasıdır. 24 qram ağırlığı olan bu saat Zepp OS adlı əməliyyat sistemindən istifadə edir. Wi-Fi və Bluetooth kimi texnologiyaları dəstəkləməsinin yanında həm də GPS özəlliyi mövcuddur. Bu da digər markaların çox azında rast gəlinən bir özəllikdir. Həm Android, həm iOS ilə problemsiz sinxron işləyə bilən GTS 3 smart saatı ümumilikdə 150-nin üzərində idman rejiminə malikdir. Bundan başqa istifadəçinin stres səviyyəsini, nəfəs ölçümlərini, yuxu rejiminin nizamlanmasını da yerinə yetirə bilir. Amazon-un Alexa adlı səsli asistenti ilə inteqrasiyalı işləyən bu saat sadəcə NFC özəlliyindən məhrumdur. Digər saatlarda da olduğu kimi Amazfit smart saatları da suya qarşı dayanıqlılıq sertifikatlarına malikdir.

Realme

Smartfon istehsalçısı olan Realme şirkəti də Realme Watch adı altında öz ağıllı saatlarını istehsal edir. Ötən il şirkət özünün Watch 2 Pro ağıllı saat modelini təqdim etmişdi. Şəbəkə dəstəyi olmayan bu model NFC və Wi-Fi texnologiyalarını da dəstəkləmir. 80 avro qiymətinə satılmasından göründüyü kimi sadəcə giriş seqmentinə xitab edərək büdcə dostu ağıllı saat istəyən istifadəçiləri hədəfləyir. Akselerometr, ürək ritminin və qandakı oksigenin təyin edilməsi kimi bəzi spesifik xüsusiyyətlərə malikdir. Suya qarşı dayanıqlılığı olan bu saat İP68 sertifikatını ala bilib. 40 qram ağırlığındakı Watch 2 Pro saatı arxa və kənar hissələri plastik materialdan hazırlanmış gövdəyə malikdir. Saatın ön hissəsi isə şüşə ilə qorunur. Artıq bir çox marka Amoled ekran istifadə edərkən Realme şirkəti öz saatlarında İPS LCD ekranlardan istifadə edir. Giriş seqmentinə xitab edən bir saat olsa da GPS özəlliyi mövcuddur. Beləliklə istifadəçilər GPS ilə yer lokasiyasını yerinə yetirə bilərlər. 390 mAh batareyası ilə rəqiblərindən geri qalsa da qiymətini nəzərə aldığımız zaman bir xeyli yaxşı batareya saxlayır demək mümkündür.

Xiaomi Mi BandSamsung Galaxy FitHuawei Honor BandSmart Qolbaqlar