Planşet
Planşetlər
Son illərdə planşet modelləri təkrar yüksəlişdədir. Smartfon modelləri yüksəlişə keçdikdən sonra onunla birliktə plansetler də daha çox istehsal edilməyə başladı. Lakin planşet və tabletlərin inkişafı smartfonlarınkına çata bilmədi. Bu səbəbdən tablet istehsalçıları çətin günlər keçirdi. Lakin indi vəziyyət dəyişib. Son illərdə planşet texnologiyalarının inkişafı təkrar istifadəçilərin diqqətini çəkib. Burada əsas rol Apple şirkətinə məxsusdur. Android planşetlərin istehsalı dayanmaq nöqtəsinə çatmış olsa da Apple öz planşetləri ilə istifadəçilərin gözünə girməyə başladı. Həm incə, həm performanslı, həm ekranı böyük planşetlər istifadəçilərin sevimlisi olmağa başladı. Bunu anlayan Android planşet istehsalçıların da eyni strategiyanı tətbiq etməyə başlaması bu ekosistemi bir xeyli canlandırdı. Apple şirkəti ilə yanaşı Samsung, Huawei, Xiaomi, Oppo kimi markalar da öz planşetlərini istehsal edirlər. Smartfon bazarında yaranan durğunluq planşet bazarının inkişafına böyük təkan verib. Bu səbəbdən markalar da bu fürsəti dəyərləndirmək üçün yeni və müxtəlif modellər üzərində işləyirlər. Apple iPad, Samsung Galaxy Tab, Oppo Pad ən çox seçilən modellərdəndir.
iPad
iPad hal-hazırda ən çox satılan planşet modelidir. Apple tərəfindən istehsal olunan bu plansetler həm multimedia üçün, həm qrafik dizayn üçün ideal hesab olunur. iPad qiymetleri əsasən 700 dollar ilə 2000 dollar arasında dəyişir. Ən güclü modeli olan iPad Pro hətta video renderləri üçün istifadə edilir. iPhone smartfonlarındakı çiplərin daha güclü halı istifadə edildiyi üçün performans tərəfində istifadəçiləri bir xeyli məmnun edir. iPad-lər arasınd ən büdcə dostu modellər iPad Mini planşetləridir, xüsusilə iPad mini 5 qiymeti ilə ən optimal iPad-lərdəndir. iPad mini plansetleri adətən film, serial izləmək, oyun oynamaq istəyənlər üçündür. Performans olaraq çox da iddialı olmasalar belə müəyyən tələbləri qarşılayacaq gücdə olurlar. Həm performans, həm büdcə dostu model istəyən insanlar adətən iPad Air modellərinə yönəlirlər. iPad Air modelləri nə iPad Pro qədər güclü olur, nə də iPad mini qədər zəif. Bu səbəbdən 2 modelin tam ortasıdır demək olar. iPad planşetlərinin ən yaxşı cəhətləri biyometrik sistemlərinin olmasıdır. TouchİD və FaceİD kimi texnologiyalar ilə təhlükəsizliyi maksimum təmin edən bu planşetlər iPhone smartfonlarının dizaynında hazırlanır. Apple şirkəti planşetləri üçün Magic Keyboard aksesuarı ilə dəstək də verir.Beləliklə istifadəçilər planşetlərini komputer kimi istifadə edə bilirlər. Həmçinin mouse dəstəyi də mövcuddur.
Samsung Tablet
Samsung şirkəti də planşet ekosistemində öz mövcudluğunu qoruyub saxlayan şirkətlərdən biridir. Samsung Galaxy Tab planşetləri ilə Android tərəfində ən yaxşı modelləri istehsal edir deyə bilərik. Yaxın zamanlarda təqdim edilən Galaxy Tab S8 modelləri ilə həm üst seqment üçün, həm giriş seqmenti üçün uyğun modellər satışa çıxarıldı. Samsung şirkəti də Apple kimi öz flaqman smartfon seriyalarının dizaynını planşetlərində istifadə edir. Beləliklə flaqman modelləri ilə birliktə uyğun planşet satışlarını da reallaşdıra bilir. Galaxy Tab seriyası adətən 799 dollar ilə 1200 dollar arasında satılır. Satış qiyməti planşetin böyüklüyünə, yaddaşına və batareya həcminə görə dəyişir. Həmçinin şirkət smartfonlarında istifadə etdiyi LTSPO ekran kimi texnologiyaları planşet seriyalarında da istifadə edir. Həmçinin qələm dəstəyi də verən şirkət planşetlərinin dizaynerlər tərəfindən də maraqlı qarşılanmasını təmin edə bilib. Beləki ekran və qələm həssaslığı səbəbilə bu planşetlər sketch-lərin çəkilməsi üçün istifadə edilə bilir. Beləliklə Wacomm kimi əlavə cihazlar almağa ehtiyac qalmır. Bundan başqa flaqman səviyyəsində kameraları olan Galaxy Tab S8 seriyası əvvəlki Galaxy Tab S7-dən daha yaxşı şəkil və videolar çəkə bilir. Həmçinin gücləndirilmiş Exynos prosessorları ilə performans olaraq da smartfonlardan geri qalmadan oyun oynamaq mümkündür.
Xiaomi Planşet
Qurulduğu ilk vaxtlardan planşet bazarından çıxmayan Xiaomi şirkəti Xiaomi Pad seriyası ilə satışlarına davam edir. Keçən il Xiaomi Pad 5 modelini təqdim edən şirkət bir xeyli müsbət rəy almışdı. Bunun əsas səbəbi Android ekosistemində büdcə dostu və mükəmməl dizayn konseptlərini özündə birləşdirməsi idi. Xiaomi planşet bazarında hal-hazırda 5 ildir ki, aktiv məhsul istehsalına davam edir. Bu ilin ortalarında isə növbəti Xiaomi Pad 6 seriyasının çıxması planlaşdırılır. Mi Tablet kateqoriyasına girən bu məhsullar xüsusilə dördkünc dizaynları ilə rəğbət toplamışdı. Şirkətin Redmi smartfon seriyasında istifadə etdiyi dizayn dəstxəttini Mi Pad tabletlərində də istifadə edib. 64 Gb ilə 512 GB arasında yaddaş seçimləri olan bu planşetlər Android əməliyyat sistemi ilə qutudan çıxır. Smartfonlarında 120 Hz ekran tezliyi istifadə edən şirkət artıq tabletlərində də 120 Hz ekran dəstəyini istifadəçilərə verir. Həmçinin qələm dəstəyi ilə Wacomm cihazlarını əvəz edəcəyini iddia edən Xiaomi planşetləri müxtəlif regionlarda müxtəlif rəng və seçimlər ilə satışdadır. Galaxy Tab planşetlərinin rəqibi olan Xiaomi Pad seriyası modellər Azərbaycanda da tələb görür.
Usaqlar Ucun Plansetler
Planşetlər hər nə qədər böyüklər üçün nəzərdə tutulsa da günümüzün texnologiya dünyasında şirkətlər hər seqmentdən insana xitab etmək istəyir. Bura uşaqlar da daxildir. Bu səbəbdən uşaqlar üçün də planşetlər istehsal edilir. Lakin bəzi limitləmələr olur. Bu planşetlərdən bəzilərində internetə çıxış qadağası olur, bəziləri səsli kitab dinləmək üçün, bəziləri isə sadəcə oyun oynamaq üçün istifadə edilə bilər. Həmçinin valideynlər üçün idarəetmə sisteminə da malik olurlar. Beləliklə valideynlər uşaqlarının planşetlə nə etdiklərinə və ya nə edə biləcəklərinə tam olaraq nəzarət edə bilirlər. Bu halda uşaqların uyğunsuz saytlara girməsinin qarşısı alınır, həmçinin çox oyun oynaması üçün də limitlər qoyula bilər. Sırf uşaqlar üçün planşet istehsal edən markaların arasında ən bilinəni Amazon şirkətidir. Şirkətin Amazon Fire Kids planşetləri xüsusilə uşaqları hədəfləyir və beləliklə valideynlər uşaqlarını tam nəzarətdə saxlaya bilirlər. Həmçinin Apple planşetləri də müxtəlif tətbiqlər yükləyərək uşaqlar üçün daha təhlükəsiz halda istifadə etmək mümkündür. Bundan başqa uşaqlar üçün Çin və Yaponiya istehsalı planşetlər daha üstünlük təşkil edir. Asyada istehsal olunan bu cihazlar bütün Avropaya paylanır.
Planşet Qiymətləri
Planşet qiymətləri əsasən model və markadan aslı olaraq dəyişir. İstehsalçısı çinli olan modellər qismən daha ucuz olur. Nümunə olaraq Xiaomi, Oppo və Huawei planşetlərini göstərmək olar. Samsung və Apple planşetləri isə daha baha olurlar. Bunun əsas səbəbi bu markalar üst seqmenti hədəfləyərkən çinli markaların büdcə dostu seqmenti hədəfləməsidir. Smartfon və Komputerlərdə olduğu kimi planşetlərin də qiymətləri onların detallarına, parametrlərinə, markanın marketinq xərclərinə və s. Görə dəyişir. Daha güclü olan planşetlər daha baha olur. Burada nümunə olaraq Apple iPad-ləri göstərmək olar. Hal-hazırda bu bazarın ən bahalı məhsulları Apple şirkətinə məxsusdur. Burada rol oynayan bir digər faktor marketinq xərcləridir. Apple, Samsung kimi markalar məhsulun tanıtımı üçün çox ciddi xərclər çəkdiyi üçün bu planşetlərin qiymətinə də təsir edir. Lakin çinli markalar bu xərcləri etmirlər deyə daha büdcə dostu modellər satışa çıxara bilirlər. Smartfon və Komputerlərdə də olduğu kimi ram və yaddaş seçimləri səbəbilə planşetlərin qiyməti kəskin arta bilir. Artıq 1TB yaddaşı olan planşetlər bazarda mövcuddur və bu da qiymətləri təxminən 200 dollar civarı artıra bilir.
İkinci El Plansetler
Planşetlərin ikinci el qiymetleri marka, model və parametrlərinə görə dəyişir. Beləki Apple markalı planşetlər iPhone-larda olduğu kimi gec dəyərdən düşür. Lakin Android planşetlər daha tez dəyər itirdiyi üçün ikinci el planset almaq daha sərfəli ola bilir. TelSat.Az-saytında Planşetlər bölməsinə keçid edərək islenmis plansetlere baxa bilərsiniz. Planşetlərin ikinci əldəki bazar qiyməti onun mövcud vəziyyətindən də aslıdır. Sağlam, az işlənmiş planşetlər qismən daha baha satılması bu səbəbdən normaldır. İslenmis planset alarkən xüsusilə sistem təminatına, səs dinamiklərinə, kamerasına önəm vermək lazımdır. Ödənişi etmədən bu detallar yaxşıca yoxlanılmalıdır. İkinci əl planşet almaq istəyən istifadəçilər Samsung-un Galaxy Tab seriyasına baxa bilərlər. Bir xeyli uğurlu dizaynı və performansı ilə ikinci əl olaraq alına biləcək ən yaxşı planşet seriyalarından biridir. Həmçinin iPad Air, iPad mini modelləri də işlənmiş olaraq ucuza tapmaq mümkündür. Daha üst seqmentə xitab ikinci əl iPad Pro almaq da mümkündür. Bütün bunlar üçün TelSat.Az-da planşetlər kateqoritasına baxmağı unutmayın.