TELSAT.AZ - Elan yerləşdir
  • 3587

WhatsApp mesajlarına smaylik ilə reaksiya vermək mümkün olacaq

 WhatsApp-ın Beta versiyasında artıq mesajlara smaylik ilə reaksiya vermək mümkün olub. Yeni funksiya növbəti yenilənmələrdə hər kəs üçün istifadəyə veriləcək.

 Meta şirkətinə məxsus WhatsApp hər ötən gün daha çox təkmilləşdirilir. Yeni funksiyaları hər zaman Beta versiyada təqdim edən tətbiqin yeni Beta versiyası yayımlanıb. WABetaİnfo tərəfindən paylaşılan məlumata görə WhatsApp-ın yeni 2.22.83 Beta versiyasında artıq bu funksiya istifadəyə verilib. Bu funksiya hələki limitli sayda istifadəçi üçün aktivləşdirilib. Beləliklə istifadəçilər yazılan mesajlara altı ədəd smaylik ilə reaksiya bildirə biləcək. Bura daxildir: Bəyən, Ürək, Gülüş, Təəccüb, Qəmgin Təşəkkür. İstifadəçilər bu 6 smaylikdən biri ilə istənilən mesaja reaksiya bildirə biləcək. Limit hələki 6 smaylik ilə olsa da növbəti yenilənmələrdə bütün smayliklərin istifadə ediləcəyi gözlənilir.

 Qeyd edək ki, şirkət bu funksiyanı ilk öncə Facebook Messenger üçün gətirmişdi. İlk əvvəl limitli sayda smaylik dəstəyi olsa da sonralar bütün smayliklərdən reaksiya kimi istifadə etmək mümkün hala gəldi. Növbəti etapda bu funksiya Instagram üçün istifadəyə verildi. İndi isə WhatsApp üçün gəlir.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab