Samsung Galaxy S22 Ultra smartfonunu təqdim edib

Samsung Galaxy S22 Ultra smartfonunu təqdim edib

    Samsung şirkəti Galaxy S22 Ultra modelini rəsmi olaraq təqdim edib. Dünən axşam keçirilən Galaxy Unpacked tədbirində Galaxy S22 smartfon seriyası 3 model ilə birliktə istifadəçilərə göstərilib. Galaxy S22 Galaxy S22 Plus məqaləsini oxumaq üçün bu linkə keçid edə bilərsiniz.

    Galaxy S22 Ultra smartfonu seriyanın digər 2 modelindən bir xeyli fərqli və özəldir. Bunun səbəbi isə odur ki, Samsung artıq Note seriyasını ləğv etdi və Galaxy S seriyası ilə birləşdirdi. Beləliklə Galaxy S22 Ultra smartfonu həm Galaxy S, həm də Galaxy Note seriyasını özündə birləşdirir. Həmçinin bu model S-Pen qələminə də malikdir. Bu model digərlərindən dizayn olaraq fərqlənir. Galaxy S22 Ultra oval dizayn yerinə dörtkünç dizaynda hazırlanıb. Smartfon S-Pen -dən əlavə qıvrımlı ekrana da malikdir. Kamera blokunun dizaynı isə digər modellərdən fərqlidir. Artıq kamera bloku bitişik şəkildə deyil. Bu model ekran olaraq 6.8 düym və 120 Hz dəstəkləyən 2K Amoled ekran istifadə edir. Gorilla Glass Victus+ ilə qorunan ekran zərbələrə qarşı daha dayanıqlıdır. Smartfonun ön kamerası 40 MP sensor ilə təchiz olunub. Barmaq izi sensoru isə həmişəki kimi ekrana inteqrasiya olunub.

  Regiondan aslı olaraq Galaxy S22 Ultra smartfonu Exynos 2200 və ya Snapdragon 8 Gen 1 prosessorunu istifadə edir. Hər iki prosessor 4 nm ölçülərində hazırlanıb. Smartfonun batareyası 5000 mAh-dır və 45W sürətli şarj texnologiyasını dəstəkləyir. Bu modelin soyutma sistemi isə digərlərindən fərqli bir sistemlə hazırlanıb. Kamera olaraq bu smartfon 108 MP əsas, 12 MP geniş bucaqlı və 2 ədəd 10 MP kamera ilə təchiz olunub. Galaxy S22 Ultra-nın telefoto kamerasının 10X optik yaxınlaşdırma dəstəyi var. Smartfonun 8 GB/128 GB versiyası 1199 dollardan satışa çıxacaq.

Şərhlər