iPhone 16 və 16 Pro şarj sürətində gözləntiləri doğrultmadı

iPhone 16 və 16 Pro şarj sürətində gözləntiləri doğrultmadı

Apple’ın yaxın zamanda təqdim etdiyi iPhone 16 seriyası istifadəçilərini məyus edəcək bir xəbər yayıldı. Keçirilən testlər nəticəsində iPhone 16 və 16 Pro modelləri üçün nəzərdə tutulan 45W-lıq şarj sürəti real nəticələrdən fərqli olduğu ortaya çıxdı.

Bildiyniz kimi, Apple iPhone 1616 Pro modellərini daha güclü şarj sürətibatareya həcmi ilə bazara çıxardı, lakin detallı məlumatlar təqdimat zamanı paylaşılmamışdı. Son vaxtlarda isə bütün iPhone 16 modellərinin 45W şarj dəstəklədiyi bildirildi. Lakin aparılan testlər bu məlumatın yanıltıcı ola biləcəyini göstərir. Testlərə əsasən, iPhone 16 və 16 Pro modelləri maksimum 31W şarj sürətini aşmır.

 

iPhone 16 və 16 Pro şarj sürəti ilə gözləntiləri doğrultmadı

ChargerLAB tərəfindən keçirilən testlərə əsasən, iPhone 16 Pro Max modeli üçün ətraflı şarj sürəti sınaqları aparılıb. Testlər göstərir ki, telefon E-marker çipinə malik deyil və nəticələr gözləntiləri qarşılaya bilməyib. E-marker güc və məlumat ötürülməsini idarə edən bir çipdir və günümüzdə ən çox USB-PD şarj cihazlarında istifadə olunur.

Nəticələrə gəldikdə isə, iPhone 16 Pro Max, rəsmi 140W şarj cihazı və orijinal kabel ilə yalnız 30,19W, üçüncü tərəf şarj cihazlarında isə 31,86W sürətlə şarj edilir. Bu, iddia edilən 45W sürətdən xeyli aşağıdır. Beləliklə, iPhone 16 Pro Max-ın şarj sürətinin təxminən 30W ətrafında sabitləndiyini demək mümkündür.

Müqayisə üçün qeyd etmək lazımdır ki, bu rəqəm iPhone 15 Pro Max üçün 27W idi. Hərçənd ki, bu, müəyyən dərəcədə yaxşılaşmadır, lakin yenə də istifadəçilər üçün yanıltıcı ola bilər. Üstəlik, müasir Android cihazlarının çoxunun 100W və daha yüksək şarj sürəti ilə təchiz olunduğunu xatırlatmaqda fayda var.

Apple hələlik bu iddialarla bağlı rəsmi açıqlama verməyib. Lakin şirkətin uzun müddətdir ki, kabelli şarj sürətləri ilə bağlı açıqlamalarında ehtiyatlı olduğunu bilirik. Sizcə, 30W şarj sürəti günümüz üçün yetərli bir rəqəmdir? Fikirlərinizi bizimlə bölüşməyi unutmayın.

Şərhlər