TELSAT.AZ - Elan yerləşdir
  • 1588

iPhone 16 seriyasının ilk satış rəqəmləri gəldi

Dünyanın ən məşhur smartfon seriyası olan iPhone-un yeni modellərinin satışa çıxmasından təxminən bir həftə keçir. Lakin ilkin məlumatlar göstərir ki, hələki insanların marağın aşağıdır.

Apple-ın yeni iPhone 16 seriyası ilk satış nəticələrinə görə gözlənilən diqqəti görmədi. Ming Chi-Kuo tərəfindən aparılan təhlillər xüsusilə iPhone 16 Pro və iPhone 16 Pro Max modellərinin gözləntilərin altında olduğunu ortaya qoyur. Kuonun qiymətləndirməsinə görə, həm Apple veb-saytındakı çatdırılma müddətləri, həm də tədarük zəncirindəki məlumatlara əsaslanaraq, Pro modellərinin satışları keçən ilki iPhone 15 seriyası ilə müqayisədə əhəmiyyətli dərəcədə azalıb.


iPhone 16 seriyasının modellərə görə satış rəqəmlərini təqdim edirik

Təhlillərə görə, iPhone 16 Pro Max satışları keçən illə müqayisədə 16% azalarkən, iPhone 16 Pro modeli isə 27% azalma ilə diqqət çəkir. Bunun əksinə olaraq, standart iPhone 16 və iPhone 16 Plus modelləri daha yaxşı performans göstərir. iPhone 16 Plus satışları əvvəlki ilə nisbətən 48% artarkən, iPhone 16 satışlarında da 10% artım oldu. Bu məlumatlar göstərir ki, istifadəçilər bu il standart modellərə daha çox maraq göstərirlər və xüsusən də böyük ekranlı iPhone 16 Plus populyarlıq qazanıb.

Ümumilikdə, iPhone 16 seriyası ilk həftədə təxminən 37 milyon ədəd satıldı. Bu rəqəm keçən ilki iPhone 15 seriyasından 12,7% azdır. Xüsusilə iPhone 16 Pro modellərinin azalması standart modellərin artımını kölgədə qoyur və ümumi satışların azalmasına səbəb olur.

Kuo qeyd edir ki, Apple bu il iPhone 16 Pro Max üçün daha çox ehtiyat hazırlayır. Tetraprizma kameranın daha yüksək effektivliyi sayəsində bu modelin istehsal həcmi ötən illə müqayisədə 106% artaraq 6 milyon ədədə çatıb. Ancaq bu stok artımı eyni sürətlə satış rəqəmlərində əks olunmur.

Həmçinin iddia edilir ki, Apple 2025-ci ildə daha aqressiv məhsul strategiyası həyata keçirə bilər. Kuo bildirir ki, iPhone 16 seriyasına gözlənilən tələb baş verməzsə, Apple yeni promosyonlar və strategiyalarla bazarda tələbi artırmağa çalışa bilər.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab