"WhatsApp"da videolu mesajlaşma dövrü başlayır

"WhatsApp"da videolu mesajlaşma dövrü başlayır

Telegram kimi artıq “WhatsApp”dan da ani video mesajlar göndərilə biləcək. İstifadəçilər səsli mesajlar kimi qısa videoları birbaşa söhbət ekranında çəkə və paylaşa biləcəklər.

WhatsApp ötən həftələrdə nömrəni kontakta əlavə etmədən mesaj göndərmək imkanını təqdim etmişdi. İndi video mesajlaşma dövrü başlayır.

İstifadəçilər 60 saniyəlik video mesajlar paylaşa biləcəklər. Bu videolar çərçivə formalı dizaynda çəkiləcək və avtomatik olaraq səssiz göstəriləcək. Video böyüdüldükdə videonun səsi gələcək. Bu ani video mesajlar uçdan- uca şifrələmə ilə qorunacaq.

Şərhlər