"WhatsApp"da öz nömrənizə mesaj göndərə biləcəksiniz!

"WhatsApp"da öz nömrənizə mesaj göndərə biləcəksiniz!

"WhatsApp"da öz nömrənizə mesaj göndərmək bundan sonra mümkün olacaq. Bu sistem hazırda yalnız müvafiq beta versiyada seçilmiş Android və iOS istifadəçiləri tərəfindən sınaqdan keçirilir. Əslində, bu xüsusiyyət texniki cəhətdən mövcuddur, lakin əlaqə siyahısında öz nömrəniz üçün xüsusi söhbət yeri hələ yoxdur. Milyonlarla istifadəçi mesaj göndərmək, qeydlər aparmaq və müxtəlif faylları öz nömrəsinə ötürmək üçün tək özlərindən ibarət qruplar belə yaradıb. Yeniləmə sayəsində "Özünüzə mesaj göndərin!" seçimi görünəcək. Özünüzü kontakt siyahınızda görə biləcəksiniz. WaBetaInfo-nun verdiyi məlumata görə, özünüzə öz nömrənizlə mesaj göndərsəniz, bu mesaj digər cihazlarınızda da görünəcək. Sinxronizasiya problemi olmayacaq. Bu funksiyanın bütün istifadəçilər üçün nə zaman istifadəyə veriləcəyi hələlik bəlli olmasa da, qısa müddət ərzində veriləcəyi gözlənilir.

Şərhlər

Digər xəbərlər