TELSAT.AZ - Elan yerləşdir
  • 3865

WhatsApp qruplarından səssizcə çıxa biləcəksiniz!

WhatsApp indi Android və iOS üçün əyləncəli funksiya üzərində işləyir. Hansı ki video görüntünün əvəzinə sizin avatarınızdan istifadə edilə bilər. Funksiya hazırda inkişaf mərhələsindədir və onun rəsmi buraxılış tarixi bilinmir. Bu WhatsApp-ın zəngin funksiya dəstini daha da əyləncəli edəcək. Eyni zamanda WhatsApp Memoji/Bitmoji alternativi üzərində işləyir və mart ayından bu funksiyanı inkişaf etdirir. Bununla belə bu xüsusiyyət hələ inkişaf mərhələsində olduğundan, o, hələ beta versiyada mövcud deyil və konkret rəsmi buraxılış tarixi təyin edilməyib. Bunun işlənib hazırlanması və sınaqdan keçirilməsi bir neçə ay çəkə bilər ki, biz video zənglər üçün avatarlardan rahat istifadə edə bilək. WhatsApp həmin avatarları qruplarda və söhbətlərdə stiker kimi göndərməyə imkan verəcək. Siz "Avatar Redaktoru"ndan istifadə edərək öz avatarınızı yarada biləcəksiniz.

Hələlik bu funksiyanın Android üçün işləndiyi bildirilir, lakin WhatsApp nə vaxtsa, iOS istifadəçilərini də buna daxil etməyi planlaşdırır.

WhatsApp funksiyalar dəstini daha da zənginləşdirmək üçün təcrübələr aparır və səbirsizliklə gözlənilən kifayət qədər həyəcanverici əlavələr yoldadır. WhatsApp-ın hazırda iOS və Android üçün hazırladığı gözəl xüsusiyyətlərdən biri qrupları səssizcə tərk etmək funksiyasıdır. Yeni funksiya sizə qrupdan çıxmağınıza imkan verəcək ki, bu barədə bütün digər üzvlər deyil, yalnız qrupun adminləri xəbərdar olacaq. İstifadə rahatlığından danışarkən WhatsApp-ın oxunmamış mesajları daha əvvəldə göstərə biləcəyindən danışmamaq olmaz. Dost siyahısı kifayət qədər çox olan insanlar üçün bu, faydalı olacaq və söhbətlərdə oxunmamış mesajı qaçırmamağınızı təmin edəcək.

Xatırladaq ki, bir müddət əvvəl statusla bağlı yeni funksiyanın gələ biləcəyi xəbəri yayılmışdı. Kiminsə statusunu birbaşa söhbət səhifəsindən yeniləyib-yeniləmədiyini görə biləcəksiniz. Bu, dostlarınızın yeniliklərindən xəbərdar olmaq prosesini daha asan və daha rahat edir.

 

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab