"Telegram"a artıq SİM kartsız qoşula biləcəksiniz!

"Telegram"a artıq SİM kartsız qoşula biləcəksiniz!

Çox hesab dəstəyi, kanalları və daha bir çox xüsusiyyətləri ilə “WhatsApp”ı qabaqlayan Telegram son yeniləmə ilə SİM kart tələbini aradan qaldırdı. Həmçinin bütün istifadəçilər üçün bir neçə məxfilik seçimi əlavə edildi. “Telegram”da SİM kartsız qeydiyyat dövrü başlayıb. İndi SİM kart olmadan yeni Telegram hesabı açmaq mümkündür, lakin istifadəçilər Fragment platforması vasitəsilə blokçeynlə dəstəklənən anonim nömrələrindən istifadə edərək “Telegram”a daxil ola bilərlər. Belə ki siz virtual olaraq nömrəni alırsınız. Bu anonim nömrələrdən yalnız qeydiyyat zamanı və sonra istifadə etmək olar. Telegram bildirir ki, bütün iştirakçılardan gələn mesajları izsiz silmək imkanı, həm cari, həm də gələcək çatları avtomatik silmək üçün taymer və SİM kartsız hesabdan istifadə etməklə onun məxfiliyi təmin edilir.

Telegram 9.2 yenilikləri:

- SİM kartsız qeydiyyatdan keçmə (Anonim giriş)

- Bütün söhbətləri avtomatik silmək (Ümumi avtomatik silmə taymeri)

- Mövzular 2.0 (Mövzuya görə müzakirələr təşkil edin)

- Aqressiv anti-spam (Avtomatik spam filtrləri üçün yeni aqressiv rejim)

- Müvəqqəti QR kodları (istifadəçi adı olmadan telefon nömrələrini gizlədənlər üçün)

- Smaylik axtarışı (iOS-da)

- Ətraflı yaddaş istifadəsi (Android-də)

 

Şərhlər

"Telegram"a artıq SİM kartsız qoşula biləcəksiniz!
Baxışzade qurban
12 oktyabr 2024

Mən telgramdan istifadə etmək istəirəm