TELSAT.AZ - Elan yerləşdir
  • 1450

Telegram "yeraltı bazarlarına" ev sahibliyi edir

BMT tərəfindən yayımlanan hesabata görə, Telegram messencer tətbiqi Cənub-Şərqi Asiyada fəaliyyət göstərən cinayətkar qruplaşmalar üçün "yeraltı bazarlarına" çevrilib.

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə Ofisinin (UNODC) yayımladığı hesabatda qeyd edilir ki, Cənub-Şərqi Asiyada güclü olan cinayətkar təşkilatlar Telegramdan genişmiqyaslı qanunsuz fəaliyyətlərini həyata keçirmək üçün istifadə edirlər. Bu platforma cinayət dünyasında böyük dəyişikliklərə səbəb olmuş və cinayətkar qruplara təşkilatlanmış şəkildə qanunsuz fəaliyyətlərini genişləndirmək imkanı yaratmışdır.


Cinayətkar qruplar üçün çoxfunksiyalı platforma

Hesabatda vurğulanır ki, Telegramda oğurlanmış kredit kartı məlumatları, şifrələr və istifadəçi tarixçəsi kimi həssas məlumatlar geniş miqyasda ticarət olunur. Həmçinin, platformada fırıldaqçılıq üçün istifadə olunan deepfake texnologiyaları və məlumat oğurluğu üçün proqramlar da satılır. Bundan əlavə, lisenziyasız kriptovalyuta mübadilə bazarları Telegram vasitəsilə pulların yuyulmasına xidmət edir.

Çin dilində yayımlanan elanlara əsasən, bəzi qruplar gündə 3 milyon ABŞ dolları dəyərində oğurlanmış kriptovalyutanı hərəkət etdirir. Hesabatda qeyd edilir ki, "Telegram vasitəsilə həyata keçirilən yeraltı bazarlara və Cənub-Şərqi Asiyada fəaliyyət göstərən beynəlxalq cinayətkar qruplara aid güclü sübutlar mövcuddur."

UNODC həmçinin qeyd edir ki, Cənub-Şərqi Asiya qlobal dələduzluq sxemlərinin mərkəzinə çevrilib və bu bölgədəki təşkilatlar illik 27,4 milyard ilə 36,5 milyard dollar arasında gəlir əldə edirlər.


Telegramın qurucusu həbs edilmişdi

Telegram'ın qurucusu, rus əsilli Pavel Durov, avqust ayında Parisdə həbs edilmişdi. O, platformada cinayət fəaliyyətlərinə icazə verdiyi üçün ittiham olunmuşdu. Durov, azadlığa buraxıldıqdan sonra verdiyi açıqlamada, Telegramın səlahiyyətlilərin qanuni sorğularına əsasən istifadəçilərin IP ünvanlarını və telefon nömrələrini təqdim edəcəyini bildirib.

UNODC əlavə edir ki, bölgədəki cinayət qrupları deepfake və süni intellekt texnologiyaları kimi yeni metodları istifadə edərək siber cinayət modelləri yaradırlar. Cənub-Şərqi Asiyada fəaliyyət göstərən cinayətkar qrupların 10-dan çox deepfake proqramı müəyyən edilib.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab