TELSAT.AZ - Elan yerləşdir
  • 1533

Süni Zəka ilə Ölüm Tarixini Təxmin Edən Tətbiq: Death Clock

Death Clock adlı süni zəka əsaslı tətbiq, istifadəçilərin həyat tərzini və digər amilləri nəzərə alaraq, onların nə zaman öləcəyini təxmin edir. Bununla yanaşı, tətbiq uzun və sağlam yaşamaq üçün tövsiyələr də verir.

Süni zəka texnologiyasının sürətli inkişafı ilə şəxsi sağlamlıq və ömür gözləntiləri sahəsində yeni həllər yaranır. İyul ayında təqdim edilən "Death Clock" mobil tətbiqi, istifadəçilərə ömür müddətini təxmin edərək diqqət çəkir. Bu tətbiq həyat tərzi və sağlamlıq məlumatları əsasında süni zəka ilə analizlər aparır və nə zaman öləcəyinizi təxmin etməyə çalışır.


Sağlam Həyatı Təşviq Edir

Sensor Tower məlumatlarına əsasən, tətbiq qısa müddət ərzində 125 mindən çox yüklənib. Hal-hazırda bu tətbiq Azərbaycandan birbaşa yüklənə bilmir, lakin VPN və digər alternativ vasitələrlə əldə etmək mümkündür. Tətbiqin adı "qorxuducu" görünsə də, inkişaf etdiricilər bunun məqsədinin sadəcə "ölüm tarixini bildirmək" olmadığını, əksinə istifadəçilərin vərdişlərinin ömür uzunluğuna təsirini anlamaq və sağlam həyat tərzinə keçidi təşviq etmək olduğunu bildirir. Death Clock həm iOS, həm də Android platformalarında mövcuddur.

Tətbiq, 53 milyon iştirakçının məlumatlarını əhatə edən 1.200 fərqli ömür gözləntisi tədqiqatını təhlil edərək dəqiq proqnozlar təqdim edir. İstifadəçilərin qidalanma, məşq, yuxu rejimi və stress səviyyəsi kimi göstəriciləri əsasında analizlər təqdim edir və ənənəvi üsullardan daha dəqiq nəticələr vəd edir.

Yaşam müddəti ilə bağlı bu proqnozlar həm fərdi, həm də ictimai qərarlara ciddi təsir göstərə bilər. Xüsusilə pensiya planlaşdırılması, sığorta və tibbi xərclər sahəsində bu cür məlumatlar əhəmiyyətlidir. Tətbiqin yaradıcılarından Brent Franson, "Bloomberg"ə müsahibəsində, bu məlumatların dəqiqliyinin siyasət və davranışları dəyişə biləcəyini vurğulayır.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab