TELSAT.AZ - Elan yerləşdir
  • 1725

Samsung S25 seriyası, Galaxy markasının sonu ola bilər!

Cənubi Koreyanın texnologiya nəhəngi Samsung-un növbəti flaqman seriyası olacağı gözlənilən S25 haqqında yayılan son iddialar, texnologiya dünyasında böyük maraq doğurdu.

Samsung, yeni nəsil flaqman telefon seriyası ilə böyük bir dəyişikliyə hazırlaşır kimi görünür. Lakin bu dəfə dəyişiklik nə texniki xüsusiyyətlərdə, nə də dizaynda deyil; tamam başqa bir sahədə: adlandırmada. Son məlumatlara görə, Cənubi Koreyanın texnologiya nəhəngi, uzun müddətdir istifadə etdiyi ‘Galaxy’ markasını S25 seriyasında tərk etməyi planlaşdırır. Bu yeni seri ilə birlikdə Galaxy markasının sona çatdırılacağı iddia olunur.

Adın dəyişəcəyi barədə bu iddialar hələ rəsmi olaraq təsdiqlənməyib. Lakin etibarlı mənbələrdən biri olan Ishan Agarwal, sənayedə dolaşan söz-söhbətlərə əsaslanaraq, Samsung-un ‘Galaxy’ adını geridə qoya biləcəyini qeyd edib. Hazırda Samsung-un rəsmi bülletenlərində hələ də ‘Galaxy S25’ olaraq adlandırılan seriyanın, lansman öncəsi ad dəyişikliyi etməsi mümkündür. Əgər bu doğrudursa, texnologiya dünyasında böyük bir rezonans yarada bilər. Bu halda Samsung S25Samsung S25+ və Samsung S25 Ultra adları ilə yeni seriyanın təqdim olunması mümkündür. Həmçinin daha münasib qiymətə malik ‘Slim’ adlandırılacaq Samsung S25 FE versiyasının da bazara çıxacağı gözlənilir.

Bu iddiaların doğruluğu hələlik təsdiqlənməyib, lakin Samsung-un yeni S25 seriyasında bəzi önəmli təkmilləşdirmələr planlaşdırdığı məlumdur. Söyləntilərə görə, Galaxy S25 Ultra, daha parlaq ekran və Snapdragon 8 Elite prosessoru ilə gələcək. Seriyanın digər modelləri də güclü xüsusiyyətlərlə təchiz ediləcək. Bundan başqa, S25 Ultra-nın qara, yaşıl, mavi və titan rəng seçimləri ilə təklif olunacağı haqda məlumatlar sızdırılıb.

Hazırda bu məlumatlar sadəcə söz-söhbət səviyyəsindədir. Buna görə də, Samsung-un bu böyük dəyişikliklə bağlı rəsmi açıqlama verməsini gözləmək ən doğrusu kimi görünür.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab