TELSAT.AZ - Elan yerləşdir
  • 2179

OpenAI, ChatGPT-ni WhatsApp-a gətirdi

Süni intellekt sahəsində lider olan OpenAI, məşhur söhbət botu ChatGPT-ni WhatsApp-a inteqrasiya etdi. Artıq istənilən şəxs ChatGPT-ni WhatsApp-a əlavə edərək onunla ünsiyyət qura bilər.

Süni intellektlə dəstəklənən yeni bir söhbət təcrübəsi WhatsApp platformasına inteqrasiya edildi. OpenAI, Çərşənbə günü ChatGPT-nin sabit nömrələr vasitəsilə əlçatan olduğunu elan etdi. 1-800-CHATGPT nömrəsini və ya ABŞ xaricində istifadəçilər üçün 1-800-242-8478 nömrəsini WhatsApp-a əlavə edib dərhal ünsiyyətə başlamaq mümkündür.


ChatGPT-nin WhatsApp-a gəlməsi

OpenAI, bu inteqrasiyanın əsas məqsədinin süni ümumi intellekti bütün insanlıq üçün faydalı etmək və hər kəsə daha əlçatan etmək olduğunu qeyd edir. Bu funksiya internetə məhdud çıxışı olan bölgələrdə ChatGPT-yə WhatsApp vasitəsilə qoşulmağı asanlaşdırır.

Bundan əlavə, OpenAI, eyni nömrə vasitəsilə (hazırda yalnız ABŞ istifadəçiləri üçün) aylıq 15 dəqiqəlik səsli zəng xidməti təqdim edir. Bu zənglər üçün WhatsApp belə tələb olunmur; sadəcə telefondan nömrəni yığmaq kifayətdir.

OpenAI-nin WhatsApp inteqrasiyası, GPT-4o mini-nin WhatsApp API-sinə uyğunluğu əsasında qurulub və xidmətin sadələşdirilmiş bir versiyasını təqdim edir. Bu, xüsusilə süni intellektlə yeni tanış olan istifadəçilər üçün əhəmiyyətli bir addımdır.

Bununla yanaşı, OpenAI, WhatsApp üçün yeni funksiyaların üzərində çalışdığını bildirir. Bu funksiyalar arasında şəkil analiziveb axtarışları olacaq, lakin bu yeniliklərin nə vaxt təqdim olunacağı hələ məlum deyil.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab