SON ELANLAR

758 elan tapıldı

Telefonlar

Mobil Telefonlar

Mobil telefonlar texnologiyanın insanlara verdiyi ən böyük üstünlüklərdən biridir. Artıq bu cihazlar demək olar ki, tamamilə insanların həyatının bir parçasına çevrilib. Bu səbəbdən Samsung,Apple,Xiaomi kimi markalar hər il hətta hər ay bu bazara son model telefonlar çıxarmağa çalışır. Samsung şirkəti bu il ərzində Galaxy S22 seriyasını, yenilənmiş Galaxy A73 və Galaxy A53 modellərini satışa çıxarıb. Həmçinin Galaxy A32-də bura daxildir. Xiaomi isə Redmi K50 seriyası ilə orta büdcəyə xitab edən modelləri satışa çıxarıb. Smartfonların insanlar üçün bu qədər önəmli olması onların hər zaman ən son model telefonları almaq istəyi yaradır. Bu səbəbdən istehsalçılar da il ərzində flaqman səviyyəsində 1 ədəd, orta seqment üçün 3-4 ədəd, giriş seqmenti üçün isə 6 və ya daha çox smartfon seriyası istehsal etməyə çalışır. Bu qədər çox smartfonun satışa çıxması qiymətlərin də tez zamanda aşağı düşməsinə səbəb olur. Əlavə olaraq model sayı artdıqca onlar arasındakı qiymət və parametr fərqi də ciddi şəkildə azalmağa başlayır. Hal-hazırda dünyada ən çox smartfon istehsal edən və satış edən marka Xiaomi şirkətidir.

Telefon Qiymetleri

Telefon Qiymetleri cihazın parametrlərindən aslı olaraq dəyişir. Daha çox ram və yaddaşa malik telefonlar daha baha satılır. İslenmis telefonlar ucuz qiymete almaq istəyən istifadəçilər əvvəlcə öz tələblərini dəqiqləşdirməlidir. Əgər istifadəçinin 128 GB yaddaşa ehtiyacı yoxdursa daha az yaddaşı olan bir smartfon seçməlidir. Həmçinin ram, kamera və smartfonun performansı da telefon qiyməti üçün ciddi rol oynayır. Ucuz telefon axtarmağın ən rahat yollarından biri də Google-da islenmis telefonlar ucuz qiymete yazaraq axtarmaqdır. Beləliklə bir çox model ilə qarşılacaqsınız. Daha güclü modellər zaman keçsə də ikinci əl telefon olaraq satışa çıxanda digər telefonlara nəzərən daha baha satıla bilirlər. Əgər oyun ucun telefon istəyirsinizsə kamera və səs keyfiyyətini görməzdən gələrək performansı güclü olan telefonlara baxmalısınız. Xüsusilə gamer smartfonları bu cəhətdən daha ideal olurlar. Telefon qiymətləri ilə maraqlanırsızsa TelSat.Az saytına keçid edərək işlənmiş telefonların qiymətinə baxa, seçə və ala bilərsiniz. Qeyd edək ki, TelSat.Az bir elan platformudur və rəsmi olaraq telefon satıcısı deyil. Bu platformada məhsullarını satan sadəcə və sadəcə istifadəçilərdir.

Islenmis Telefonlar

Hər ötən il smartfonların qiyməti artdığı üçün istifadəçilər daha çox Islenmis Telefonlar almağa yönəlirlər. Statistikalara baxsaq görərik ki, axtarış sistemlərində insanlar adətən ikinci el iphone, islenmis samsung yazaraq axtarış edirlər. Beləliklə axtardıqları modelləri tapmağa çalışırlar. İkinci əl telefon bazarında ən çox axtarılan modellər iPhone, Galaxy və Redmi smartfonlarıdır. Çünki dünya bazarında da həm ən bilinən, həm ən çox satan smartfonlar bu seriyalara məxsusdurlar. Çox bilinən markalar üzrə işlənmiş telefon tapmaq daha asandır. Bu smartfonların qiyməti də çox satıldıqları üçün ikinci əl satışlarda ciddi olaraq azala bilir. Belə olduğu halda bu da istifadəçilərə bir xeyli kömək edir. İşlənmiş telefon axtaranlara ən bol çeşidi göstərən platformalardan biri də TelSat.Az-dır. Saytımıza keçid edərək müxtəlif ikinci əl modellərə baxa, ala və ya sata bilərsiniz. Həmçinin platformamızda yeni və original məhsullar satan mağazalar da mövcuddur. Mobil telefonlar kateqoriyasına keçid edərək sizə uyğun marka və modeli asanlıqla tapa bilərsiniz. Həmçinin tapdığınız cihaz üçün aksesuarlar da ala bilərsiniz.

Telefon Satisi

Telefon satisi ilə məşğul olan bir çox platforma mövcuddur. TelSat.Az-da bu platformalardan biridir. Telefonlarin satisi müxtəlif formalarda reallaşdırıla bilər. Həm yeni, həm işlənmiş telefonlar bizim platformamızda istifadəçilərə təqdim edilir. Yeni telefon istəyənlər üçün telefon magazalari da saytımızda mövcuddur. Bu mağazalara keçid edərək ən sərfəli qiymətə telefon ala bilərsiniz. Telefon alarkən diqqət etməli olduğunuz bəzi nüanslar mövcuddur. Əvvəla qeyd edək ki, telefonların qiyməti xüsusilə onların ram və yaddaşlarından aslı olaraq dəyişir. Daha yüksək ram və yaddaşı olan modellər buna uyğun olaraq daha baha satılır. Həmçinin bu parametrlər telefonların ikinci əl satışına da öz təsirini göstərir. Qeyd etdiyimiz kimi telefon alarkən diqqət etməli olduğunuz nüanslardan biri İMEİ qeydiyyatıdır. Adətən yeni telefon aldıqda 1 ay sonra İMEİ nömrəsi avtomatik mağaza tərəfindən qeydiyyatdan keçirilir. Lakin ikinci əl smartfon alarkən artıq bunu özünüz yoxlamalısınız. Beləki İMEİ.AZ saytına keçid edərək almaq istədiyiniz və ya aldığınız smartfonun imei kodunu yazaraq onun operatorlar şəbəkəsində qeydiyyatda olduğuna, həmçinin telefonun kredit olub olmadığını da baxa bilərsiniz. Əgər bu dediyimiz tələbləri smartfon ödəmirsə onda cihazın İMEİ kodu qara siyahıya salınmış olur və o telefonda nömrə aktivasiyası işləmir.

Samsung Telefonlar

Samsung Telefonlar hal-hazırda Xiaomi-dən sonra ən çox bilinən modellərdir. Xüsusilə orta seqment modelləri olan Galaxy A52, Galaxy A53, həmçinin orta-üst seqment olan Galaxy A72 və A73 modelləri ölkəmizdə bir xeyli rəğbət görür. Samsung telefon qiymetleri Azərbaycan bazarında 300 azn ilə 2500 azn arasında dəyişir. Samsung telefonlarının qiymətləri ölkəmizdə rəqibi olan Xiaomi-ə nəzərən daha bahadır. Bunun əsas səbəblərindən biri də Samsung-un reklama xərclədiyi pullardır. Xiaomi Samsung-dan fərqli olaraq məhsullarının reklamı üçün büdcə ayırmır. Bu səbəbdən smartfonlarını daha uyğun qiymətə sata bilir. Samsung-da isə reklam xərcləri smartfon qiymətlərinə əlavə edildiyi üçün qiymətlər nisbətən daha baha olurlar. Həmçinin ölkəmizdə Samsung-a məxsus Galaxy Z Flip və Galaxy Z Fold kimi qatlana bilən ekranlı modellər də satılır.Bu modellər əsasən 2500 Azn-dən daha baha qiymətə satılırlar. Həmçinin Galaxy S22 seriyası bu il ölkəmizdə 2000 azn-dən başlayan qiymətlərlə satışdadır. Bu smartfon seriyasını alanlara Samsung-un yeni şarj cihazı və Galaxy Buds qulaqlıqları da hədiyyə edilir. Samsung bir çox ölkədə bu tip kampaniyalar keçirir.

Ucuz Telefonlar


Ucuz telefonlar dedikdə ağla ilk gələn smartfon markalarının giriş və orta seqment modelləri olur. Bir nümunə ilə göstərsək deyə bilərik ki, Samsung markasının ölkəmizdə ən çox tələb görən modelləri Samsung Galaxy A50, Galaxy A02 və Galaxy A51-dir. Samsung a50 qiymeti 550 azn ilə 699 azn arasında dəyişir. Orta seqmentin sevimli modellərindən hesab olunan Galaxy A50 modeli kameraları və performansı ilə qiymətinə nəzərən yaxşı model hesab olunur. Giriş seqmenti modellərdən isə Samsung a02 qiymeti 239 Azn-dən başlayan qiymətlərlə satışdadır. Qeyd edək ki, smartfonun yaddaş səbəbilə satış qiyməti də arta bilir. Gündəlik istifadə üçün normal hesab edilən bu model nəinki bizdə, qlobal bazarda da ən çox satış edən modellərdən biridir. Samsung a50 modelinin “qardaşı” hesab edilən Samsung a51 də nisbətən performansı və qiyməti ilə fərqlənir. Bu smartfonun ölkəmizdə satış qiyməti 589 azn-dən başlayır. Yaddaş və rama görə bu modelin də qiyməti arta və ya azala bilər.Smartfonun 128 GB yaddaşa malik versiyası 670 azn-dən başlayan qiymətlərlə satılır.

 

islenmis telefonlar ucuz qiymeteikinci el iphoneislenmis samsungsamsung a53 qiymeti