TELSAT.AZ - Elan yerləşdir
  • 2676

Youtube mobil tətbiqinin tam ekran video izləmə interfeysi yenilənib

    Populyar video izləmə servisi Youtube istifadəçilərin şikayət etdiyi tam ekran video izləmə interfeysini dəyişib. Paylaşılan şəkillərə görə yeni interfeys daha sadədaha funksionaldır.

    Çox video izləyən istifadəçilər Youtube-un mobil tətbiqindən uzun zamandır ki, şikayət edir. Tam ekran video izləmə interfeysi istifadəçilər tərəfindən bəyənilmir. Bu səbəbdən Youtube şirkəti də bu interfeysi yeniləmək qərarı vermişdi. İndi isə paylaşılan şəkillərə görə yenilənmiş interfeys daha sadə və funksional olub. Qeyd edək ki, əslində bu funksiyanı bəzi istifadəçilər artıq 3 aydır ki, istifadə edir. Lakin qlobal olaraq bir çox istifadəçi hələki bu yenilənmiş interfeysi istifadə edə bilmir. Paylaşılan məlumatlara görə Youtube şirkəti bu interfeysi artıq qlobal olaraq bütün istifadəçilər üçün aktivləşdirməyə başlayıb.

    Şəkildən göründüyü kimi tam ekranda video izləyən istifadəçilər artıq videodan çıxmadan like, paylaşım edə bilir. Həmçinin videonu siyahılara əlavə etməkrəyləri görmək də artıq mümkündür. Yenilənmiş interfeysin ilk olaraq Android istifadəçiləri üçün aktivləşdiriləcəyi bildirilir. iOS istifadəçiləri üçün nə zaman istifadəyə veriləcək hələki məlum deyil. Youtube həmçinin Desktop versiyada da bəzi dəyişikliklər edib.Beləki artıq istifadəçilər maus kursorunu video üzərinə gətirdikdə videonun önizləməsi pop-up menyu kimi göstərilir.

    İllər öncə Google tərəfindən satın alınan Youtube servisi sürətli şəkildə böyüyüb. Hal-hazırda bu platforma bir çox istifadəçi üçün əsas gəlir mənbəyidir. İddialara görə Youtube şirkəti növbəti zamanlarda canlı yayımlar üçün də xüsusi yeniliklər etməyi planlayır. Beləliklə yayımcılar Youtube üzərindən daha rahat və asan canlı yayımlar edə biləcəklər.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab