TELSAT.AZ - Elan yerləşdir
  • 5643

Xiaomi Redmi K50 Gaming təqdim olundu: Snapdragon 8 Gen 1 və 120W sürətli şarj

 Xiaomi şirkəti oyunculara fokuslanan Redmi K50 Gaming Edition smartfonunu təqdim edib. Black Shark oyuncu smartfon markasını Tencent-ə satan şirkət bundan sonra Redmi ilə gamerlər üçün smartfon istehsal edəcək.

 Şirkətin Black Shark markası əsasən gamerlər üçün smartfonlar istehsal edirdi. Lakin Xiaomi bu markanı Tencent şirkətinə satdı. İndi isə bu rolu Redmi smartfonları üstlənəcək. İlk gamer smartfonu da Redmi K50 Gaming Edition oldu. Bu smartfon 120 Hz-lik Full HD+ Amoled ekran istifadə edir. Gorilla Glass Victus ilə qorunan bu ekran 10-bit rəng keyfiyyətinə malikdir. 64 MP əsas kamerası olan Redmi K50 Gaming smartfonu 8 MP geniş bucaqlı 2 MP telemakro kameraya malikdir. Həmçinin smartfonun daha az isinməsi üçün gövdə daxilində qrafen soyutma panellərindən istifadə edilib. Beləliklə gamerlər uzun saatlar rahatlıqla oyun oynaya biləcəklər. Smartfonun kənarlarında isə oyunlarda istifadə etmək üçün əlavə düymələr yerləşdirilib. CyberEngine x-axis titrəşmə motorundan istifadə edən bu düymələr oyunlarda istifadəçiləri bir xeyli məmnun edəcək. Redmi K50 Gaming smartfonunun dinamikləri isə məşhur şirkət JBL tərəfindən optimizasiya edilib. Həmçinin Snapdragon 8 Gen 1 prosessoru ilə təchiz edilən smartfon 4700 mAh batareyaya və 120W sürətli şarja malikdir. Smartfonun 18 Fevraldan etibarən satışa çıxması planlanır. Redmi K50 Gaming smartfonunun 8/128 GB versiyası 520 dollara, 12/128 GB versiyası 567 dollara, 12/256 GB versiyası isə 615 dollara satışa çıxacaq.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab