TELSAT.AZ - Elan yerləşdir
  • 2487

Xiaomi Mix Fold 2 gəlir: Çıxış tarixi sızdırılıb

 Çinli Xiaomi şirkəti ikinci nəsil Xiaomi Mix Fold 2 smartfonunu təqdim etməyə hazırlaşır. Qatlana bilən ekranı olan modelin çıxış tarixi sızdırılıb. İlk modeli keçən il təqdim edən şirkət indi ikinci modeli təqdim etməyə hazırlaşır.

 Mobil sektorun güvənilir mənbələrindən hesab edilən Digital Chat Station tərəfindən verilən məlumatlara görə şirkət Xiaomi Mix Fold 2 modelini təqdim etməyə hazırlaşır. İddialara görə Xiaomi şirkəti yeni smartfonunu bu ilin ikinci rübündə təqdim edəcək. Mix Fold 2 modelinin qatlana bilən 2K ekran ilə təchiz olunacağı düşünülür. Həmçinin ekranın ölçüsü 8.1 düym olacaq. Həm əsas ekran, həm kənar ekran yüksək yeniləmə dəyərinə malik olacaq. Bundan başqa cihazda LTPO ekran istifadə ediləcəyi bildirilir. LTPO ekranlarda smartfon ekran yeniləmə dəyərini avtomatik olaraq dəyişə bilir. Smartfonun Snapdragon 8 Gen 1 prosessoru ilə təchiz olunacağı və daha böyük batareyaya malik olacağı bildirilir. Bundan başqa naqilsiz şarj texnologiyası da olacaq. Bir digər məlumat isə odur ki, Xiaomi şirkəti Galaxy Z Flip modeli ilə rəqabət aparmaq üçün Mix Flip adında başqa bir model daha təqdim edəcək. Göründüyü kimi qatlana bilən smartfon ekosistemi zaman keçdikcə daha çox böyüyür.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab