TELSAT.AZ - Elan yerləşdir
  • 3326

Xiaomi Mi Band 7 haqqında ilkin məlumatlar ortaya çıxıb

 Xiaomi-nin satışa çıxarmağa hazırlaşdığı Mi Band 7 haqqında ilk məlumatlar ortaya çıxıb. Ağıllı qolbağın yeni funksiyaları Amazfit Zepp tətbiqinin kodları içində aşkarlanıb.

 Xiaomi-nin ən məşhur cihazlarından biri Mi Band qolbağlarıdır demək olar. Bir il öncə satışa çıxan Mi Band 6-nın satış rəqəmləri şirkəti bir xeyli məmnun etmişdi. İndi isə növbəti model olan Mi Band 7 satış üçün hazırlanır. Məlumatlara əsasən yeni qolbaq əvvəlki modelə nəzərən daha böyük ekrana malik olacaq. Mi Band 6-nın ekran ölçüləri 152 x 486 piksel idi. Mi Band 7-də isə 192 x 490 piksel olacaq. Həmçinin Amoled ekrandan istifadə ediləcək. Yeni qolbaq smartfonlarda da olduğu kimi “Hər zaman açıq ekran (Always On Display)” funksiyasını dəstəkləyəcək. Bundan başqa Mi Band 7 qolbağında daxili GPS sensorları istifadə ediləcək. Beləliklə istifadəçilərin uzun zamandır tələb etdiyi funksiya artıq qolbaqlarda olacaq. Qolbaqda Ağıllı Alarm Gücə Qənaət rejimi də olacaq. Bununla birlikdə Mi Band 7 daha çox batareya saxlaya biləcək. Ağıllı qolbağın nə vaxt satışa çıxacağı hələki bilinmir. Lakin bu il ərzində Xiaomi tərəfindən təqdim edilməsi gözlənilir.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab