TELSAT.AZ - Elan yerləşdir
  • 2877

Xiaomi Buds 3T Pro qlobal bazarda satışa çıxır

 Xiaomi-nin Buds 3T Pro naqilsiz qulaqlıq modeli qlobal bazarda satışa çıxır. Şirkətin tam naqilsiz qulaqlıq seqmentində ən üst zirvəyə oturan cihaz həm səs performansı, həm funksiyaları ilə bir xeyli sevilib.

 Xiaomi-nin ötən il təqdim etdiyi Xiaomi Buds 3 Buds 3 Pro seriyası yeni bir model ilə genişlənir. Buds 3T Pro olaraq adlandırılan model digərlərindən daha üst seqmentə xitab edəcək. Bu qulaqlıq 10 mm cüt maqnitli dinamiklər ilə təchiz olunub. LHDC 4.0 texnologiyası istifadə edən Buds 3T Pro qulaqlıqları maksimum olaraq 960 kbps səviyyəsində səs keyfiyyətini təmin edə bilir. Bu rəqəmlər də bir xeyli yüksəkdir. Həmçinin istifadəçinin baş hərəkətlərinə görə 360 dərəcə səs verə bilmək və sanki salonda oturmuşcasına 360 dərəcə akustik səs verə bilmək kimi iki önəmli funksiyaya malikdir. SBCAAC səs kodeklərini dəstəkləyən qulaqlıq Bluetooth 5.2 versiyasını istifadə edir. Bu da qulaqlığın eyni anda 2 cihaza bağlanmasını mümkün edir. 40 Desibel-ə qədər kənar küyləri azalda bilən Buds 3T Pro təmiz səs keyfiyyəti ilə önə çıxır. Qulaqlıq özü də istifadə edilən ortama görə 3 ədəd səs modu arasında keçid edə bilir. İP55 sertifikatı ilə birliktə su damlalarına qarşı dayanıqlı olan bu model tək şarj ilə 6 saata qədər enerji saxlayır. Hal-hazırda Xiaomi Buds 3T Pro qulaqlığının rəsmi satış qiyməti 199 dollardır. Lakin önsifariş qiymətləri 90-150 avro arasında dəyişir.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab