TELSAT.AZ - Elan yerləşdir
  • 6268

Xiaomi 13 Ultra-nın qiyməti 1600 manatdan başlayacaq

Smartfon bazarının aparıcı adlarından biri olan Xiaomi, Xiaomi 13 ailəsinin ən məşhur modeli Xiaomi 13 Ultra-nı təqdim etməyə hazırlaşır. Təqdimatla bağlı bir çox sızıntı 18 aprel tarixinə işarə edir, cihazın qiyməti də getdikcə bilinməyə başlayır.

Bu gün Weibo-da paylaşılan yeni görüntü Xiaomi 13 Ultra-nın üç fərqli versiyada təqdim ediləcəyini göstərir: 8GB RAM + 256GB, 12GB RAM + 256GB, 12GB RAM + 512GB yaddaş. Beləliklə, Xiaomi 13 Ultra-nın qiyməti nə qədər olacaq? Bu üç model üçün qiymət etiketləri:

Xiaomi 13 Ultra 8GB+256GB = 1600 manat (916 dollar)

Xiaomi 13 Ultra 12GB+256GB =  1700 manat (990 dollar)

Xiaomi 13 Ultra 12GB+256GB =  1900 manat (1,090 dollar)

Xatırlasaq, Xiaomi 13 Ultra-nın 16 GB-a qədər RAM və 1 TB-a qədər yaddaşa malik olduğu iddia edilirdi. Ancaq belə bir modelin hələ siyahıya alınmadığını görürük. Paylaşılan qiymətləri hesablasaq, deyə bilərik ki, 16GB+1TB versiyası təxminən1163 dollara başa gələcək.

Xiaomi 13 Ultra gözlənilən xüsusiyyətlər

Məlumatlara görə, Xiaomi 13 Ultra 6,7 ​​düymlük E6 AMOLED ekrana, ekranın altındakı barmaq izi oxuyucusu, Quad HD+ həlli və 120 Hz təzələmə tezliyinə malik olacaq. Başlıq altında LPDDR5x RAM və UFS 4.0 yaddaşı ilə birləşdirilən cihaz Snapdragon 8 Gen 2 platforması ilə təchiz ediləcək.

90W sürətli şarj dəstəyi ilə 4900mAh batareya və MIUI 14 əsaslı Android 13 əməliyyat sistemi ilə qutudan çıxacaq Xiaomi 13 Ultra-nın kamera tərəfində əhəmiyyətli təkmilləşdirmələr olacağı gözlənilir. Yayılan xəbərlərə görə, ön tərəfdə 32 meqapiksellik selfi sensoru ilə təchiz ediləcək cihazı 1 düymlük Sony IMX989 əsas və IMX 858 köməkçi sensorları müşayiət edəcək.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab