Çinli mənbələrin verdiyi məlumatlara görə
Xiaomi şirkəti Xiaomi 12 Pro smartfonunun yenilənmiş versiyası üzərində işləyir.
Yenilənmiş versiya Snapdragon 8 Gen 2 prosessoru ilə təchiz ediləcək. Yeni
model əvvəlkindən daha güclü olacaq.
Mobil ekosistemin güvənilir
mənbələrindən biri olan Digital Chat Station tərəfindən verilən məlumatlara görə
Xiaomi şirkəti Xiaomi 12 Pro modelini yeniləmək qərarına gəlib. L2S model nömrəsinə
malik smartfon SM8475 prosessoru ilə test edilir. Bu prosessorun Snapdragon 8
Gen 2 olduğu iddia edilir. Şirkət daha əvvəl Xiaomi 12 Pro modelində Samsung tərəfindən
istehsal edilən Snapdragon 8 Gen 1 prosessorunu istifadə edirdi. Lakin test nəticələrinə
görə bu prosessor gözləntiləri qarşılamadı. MediaTek Dimensity 9000 çipsetinin
performans nəticələri Snapdragon-u keçdiyinə görə Qualcomm şirkəti Snapdragon 8
Gen 2 çipsetinin istehsalını sürətləndirdi. Görünən odur ki, Xiaomi şirkəti də
smartfonunu bu çipset ilə birliktə yeniləmək istəyir.
Qeyd edək ki, Qualcomm
şirkəti artıq bir neçə ildir ki, çipsetlərinin istehsalı üçün Samsung ilə işləyir.
Bundan öncəki Snapdragon 888 çipseti də Samsung tərəfindən istehsal edilmişdi və
performans problemləri səbəbilə həm istifadəçilər, həm Qualcomm razı
qalmamışdı. İddialara görə növbəti çipset istehsalı Samsung əvəzinə, TSMC ilə
baş tuta bilər. TSMC şirkətinin istehsal metodları daha yaxşı optimizasiya
edildiyi üçün çipsetlər daha effektiv işləyə bilir.
Yeni çipsetin təqdimatının
Aprel ayında olması planlanır. Yay aylarında yenilənmiş Xiaomi 12 Pro da təqdim
oluna bilər