Xiaomi 12 Pro DxOMark-un kamera testindən keçə bilmədi: Zəif performans

Xiaomi 12 Pro DxOMark-un kamera testindən keçə bilmədi: Zəif performans

 Xiaomi 12 Pro smartfonu DxOMark-un kamera testlərində zəif nəticələr göstərib. Xiaomi-nin flaqman modeli rəqiblərindən geridə qalıb.

 DxOMark smartfonların kameralarını test edən statistika şirkətidir. Yeni çıxan smartfonlara müxtəlif testlər tətbiq edərək onları kamera performanslarına görə sıralayır. Bu testlərdə iştirak edən Xiaomi 12 Pro rəqiblərinə nəzərən daha zəif performans göstərib. Beləki smartfon sadəcə 131 xal toplayıb. Bu da Xiaomi 12 Pro-nun ən yaxşı kameraya malik 10 smartfon siyahısına girə bilmədiyini göstərir. Bundan əlavə 2021-də çıxan Xiaomi Mi 11 Ultra modeli 133 xala malikdir. Xiaomi 12 Pro-nun testlərdə üstün olduğu bir neçə kriteriya var. Smartfon həm gecə, həm gündüz çəkilişlərində detallı şəkil çəkə bilir. Avtomatik fokuslama və yaxşı stabilizasiyaya malikdir. Lakin zəif olduğu tərəflər isə gecə çəkilən videolar, HDR ilə çəkilən görüntülərdə bulanıqlıq və zoom qabiliyyətidir. Qeyd edək ki, iPhone 13 Pro 137 xal ilə 5.sırada, Google Pixel 6 Pro isə 135 xal ilə 8.sırada yerləşib.

Şərhlər