Xiaomi-nin yeni smartfonu Xiaomi 12 Lite
smartfonunun dizaynı və parametrləri bəlli olub. Şirkətin Xiaomi 12 seriyasının
yeni üzvü bənzər dizaynda amma fərqli parametrlərdə satışa çıxacaq.
Xiaomi şirkəti ötən Dekabr ayında Xiaomi
12 flaqman smartfon seriyasını təqdim etmişdi. Xiaomi 12, Xiaomi 12X və Xiaomi
12 Pro-dan ibarət olan bu seriyaya yeni bir modelin əlavə olunması gözlənilir.
Xiaomi 12 Lite smartfonu adlandırılmasında Lite sözü olmasına baxmayaraq Xiaomi
12-dən daha böyük olacaq. Parametr tərəfində isə şirkətin digər modelləri ilə bənzərliklər
daşıyacaq. Bu smartfonun ekranı yanlardan qıvrımlı olacaq və 6.55 düym ekranla
təchiz ediləcək. Xiaomi 12 modelinin 6.28 düym olduğunu nəzərə alsaq Xiaomi 12
Lite smartfonunun daha böyük olacağını demək mümkündür. Smartfon 3 kameraya malik
olacaq və əsas kamera 64 MP Samsung İSOCELL GW3 sensoru ilə təchiz olunacaq. Lakin smartfonun heç bir kamerası OİS dəstəyinə
malik olmayacaq. Kameralarda OIS dəstəyinin olmaması smartfonun daha büdcə
dostu rəqəmlər ilə satıla bilməsini təmin etməkdir.
Paylaşılan digər məlumatlara
görə Xiaomi 12 Lite smartfonu 120 Hz dəstəyi olan 6.55 düym Full HD+ Amoled
ekran istifadə edəcək. Snapdragon 778G Plus prosessoru ilə təchiz olunan model
stereo dinamiklərə malik olacaq. Android 12 və MİUİ 13 istifadə etməsi gözlənilən
model Xiaomi CİVİ ilə bir xeyli bənzəyir. Smarfonun satış qiyməti və təqdimat
tarixi hələki bəlli deyil.