TELSAT.AZ - Elan yerləşdir
  • 1993

Xakerlər Wormhole şəbəkəsindən 320 milyon dollar dəyərində kriptovalyuta oğurladı

    Xakerlər, Solona və digər şəbəkələr arasında körpü rolunu oynayan Wormhole şəbəkəsindən 320 milyon dollar dəyərində Ethereum oğurlayıblar. Mərkəzsiz kriptovalyuta bazarının ən böyük ikinci hack hadisəsi baş verib.

    Gecə saatlarında kriptovalyuta bazarına dərindən təsir edən bir hadisə baş verdi. Solona şəbəkəsi və digər kriptovalyuta birjaları arasında körpü rolunu oynayan Wormhole şəbəkəsində böyük bir hack hadisəsi oldu. Beləki şəbəkədən 120 min ədəd Ethereum kriptivalyutası oğurlanıb. Oğurlanan kriptovalyutanın dəyəri 321 milyon 888 min dollardır. Hadisəni öyrənən Wormhole şirkəti hal-hazırda bütün şəbəkəni dayandırıb və Xakerlərə oğurlanan kriptovalyutanın qaytarılması üçün 10 milyon dollar təklif edib. Təklifə cavab gəlib gəlmədiyi bilinmir. Qeyd edək ki, platforma hal-hazırda 12 saatdır ki, bağlıdır. Platformanın nə vaxt açılacağı hələki bilinmir. Wormhole rəsmiləri bildirib ki, hal-hazırda təhlükəsizlik işləri davam edir və mümkün olan ən qısa vaxtda platforma təkrar istifadəyə veriləcək. Lakin bu açıqlamanın üzərindən artıq saatlar keçib, lakin hələki bir məlumat yoxdur. Bundan daha əvvəl bir hack hadisəsi daha baş verib.

    Bu hadisə Avqust 2021 tarixində olmuşdu və xakerlər Poly Network-a hücum edərək 600 milyon dollar dəyərində kriptovalyuta oğurlamışdı. İndi isə bənzər bir hadisənin təkrarlanması kriptovalyuta birjalarının təhlükəsizlik üçün gedəcəyi yolun uzun olduğunu göstərir. Həmçinin kriptovalyutaların hər il daha da məhşurlaşdığını görən şirkətlər yatırım etməyə başlayıblar. Bu səbəbdən birjalar xakerlərin əsas hədəf nöqtəsinə çevrilib. 

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab