TELSAT.AZ - Elan yerləşdir
  • 2597

Windows 12 xəbəri yalan çıxdı: Internet qarışdı

 Dünən Twitter-də ortaya atılan bir iddiaya görə Microsoft şirkəti Windows 12 üzərində işləməyə başlayıb. Bu xəbərdən sonra internetdə aləm qarışdı. Bir çox istifadəçi daha 1 ili doldurmayan Windows 11 qala-qala şirkətin Windows 12 üzərində işləməyə başlamasını tənqid etdi.

 Lakin sonra bu xəbər yalanlandı. Gəlin xəbərin təfərrüatlarına baxaq. Dünən axşam saatlarında Twitter-də Swift on Security adlı profil Microsoft şirkətindəki mənbələrinə əsasən Windows 12 üçün hazırlıqların başladığını bildirib. Bunun üzərinə Tom’s Hardware saytı da bu xəbəri paylaşıb. Xəbərə əsasən Microsoft Windows 12 üzərində işləməyə başlayıb və yeni əməliyyat sistemi Windows 11-dən fərqli olaraq 2 ədəd TPM təhlükəsizlik modulu tələb edəcək. Qeyd edək ki, TPM modulu təhlükəsizliyi təmin edən çipdir və komputer/notbuklarda anaplata üzərində yerləşdirilir. Hal-hazırda TPM 2.0 modulu olmayan heç bir komputerə Windows 11 quraşdırmaq mümkün olmur. Microsoft bunun səbəbini təhlükəsizlik üçün olduğunu deyərək bildirir. Lakin Windows 11-in TPM 2.0 tələbini müxtəlif üsullarla ləğv etmək də mümkündür.

 İnsanlar Windows 12 və Microsoft-u tənqid edərkən Swift on Security profili əslində bu xəbərin yalan olduğunu və sadəcə zarafat etmək istədiyini bildirib. Bundan sonra profil sahibi Windows 12 ilə bağlı yazdığı postu silib. Bunun üzərinə bir çox istifadəçi onu tənqid edib, lakin bəzi istifadəçilər bu xəbərin yalan olmadığını, şirkətin həqiqətən Windows 12 üzərində işlədiyini düşünür. Qeyd edək ki, Microsoft şirkəti bildirmişdi ki, Windows 10 sonuncu əməliyyat sistemləri olacaq və şirkət onu hər il təkmilləşdirəcək. Lakin gözlənilməyən anda Windows 11-in təqdim olunması şirkətin bu strategiyadan imtina etdiyini göstərir.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab