Windows 11 üçün
yayımlanan KB5010414 yenilənməsi problemlərə səbəb olur. İstifadəçilərin
bildirdiyinə görə kompüterlərinin prosessorları daha çox qızır. Həmçinin printerlərdə
də bəzi problemlərə səbəb olur. İstifadəçilər Windows 11 və Microsoft-dan şikayət
etməyə başlayıblar.
Microsoft şirkəti
Windows 10-un pis şöhrətindən xilas olmaq üçün heç gözlənilməyən bir anda
Windows 11-i təqdim etmişdi. Lakin görünən odur ki, Windows 11-də də
eyni problemlər üzə çıxır. Bir müddət əvvəl şirkət Windows 11 üçün KB5010414 yenilənməsini yayımladı. Bu yenilənmə
bir sıra optimizasiyalar və düzəltmələri təmin edirdi. Lakin bu yenilənmənin əlavə
bəzi problemlərə də səbəb olduğu ortaya çıxıb. İstifadəçilərin bildirdiyinə görə
bu yenilənmədən sonra prosessorlardakı yük artıb və bu da aşırı isinmə
probleminə səbəb olub. Reddit platformasında bəzi istifadəçilər bildirib ki,
bunun əsas səbəbi Widget-lərdir. Tək problem bu da deyil.
Bu yenilənmədən sonra istifadəçilər printerlərini istifadə edə bilmədiklərini
bildiriblər. Yenilənmə silindikdə isə bütün problemlər həll olurmuş.
Hal-hazırda Microsoft bu problemləri təsdiqləməyib. Amma Windows 11 Build 2200.256 versiyasını yükləmək məsləhət görülmür. Qeyd edək ki, yenilənmə hələlik
Beta və Release Preview istifadəçiləri üçün yayımlanıb. Əgər Windows 11-un
stabil versiyasını istifadə edirsinizsə, bu yenilənməni hələ yükləyə bilmərsiniz.
Microsoft-un Windows
11-i təqdim etməsinin ən böyük səbəbi Windows 10-un pis şöhrəti oldu. Çünki ilk
çıxdığı zamandan bu vaxta qədər Windows 10 stabil əməliyyat sistemi halına gələ
bilməyib. Bir çox ciddi problemlərə səbəb olduğu üçün istifadəçilər əməliyyat
sistemini uğurlu hesab etmirdi. Microsoft da Windows 11 ilə bu fikirlərdən qurtulmağı planlayırdı, lakin işlər gözlədiyi
kimi getmədi. Microsoft-un problemləri Windows 11-də də davam edir.