TELSAT.AZ - Elan yerləşdir
  • 2592

Windows 11 üçün Android tətbiq dəstəyi yaxın zamanda gələcək

 Windows 11-in ən iddialı funksiyası olan Android tətbiq dəstəyi yaxın zamanda gələcək. Beləliklə istifadəçilər Android tətbiqləri smartfona gərək qalmadan Windows 11 istifadə edən komputerlərinə quraşdıra biləcəklər.

 Microsoft şirkəti Windows 11-i təqdim edərkən ən iddialı funksiya olaraq Android tətbiq dəstəyinin olacağını bildirmişdi. Bunun üzərinə bütün istifadəçilər bu funksiyanı səbirsizliklə gözləyirdi. Lakin Windows 11 istifadəçilərə göndəriləndə bu funksiyanın olmadığı bəlli oldu. Bu səbəbdən Microsoft şirkəti də bir çox tənqidlərə məruz qaldı. Amma şirkət bu funksiyanın bu ilin birinci yarısında Windows 11-in ilk böyük yenilənməsi ilə istifadəçilərə veriləcəyini bildirdi. İndi isə artıq bəzi regionlarda istifadəçilər Android tətbiqləri öz Windows 11-li komputerlərində istifadə edə bilirlər.

 Lakin Android tətbiqlərdən danışsaq da istifadəçilər tətbiqləri yükləmək üçün Google Play Store yox, Amazon App Store proqramını istifadə etməli olacaqlar. Beləliklə Android tətbiqlərin yeni marketi Amazon-un istehsalı olan App Store olacaq. İndilik sadəcə ABŞ istifadəçilərinə açılan yeni funksiya Amazon App Store üzərindən 1000-ə yaxın Android tətbiqi yükləməyə imkan verir. Qeyd edək ki, bütün tətbiq kataloqu hələ hazır deyil, amma başlanğıc üçün bir xeyli yaxşı saydır. Həmçinin istifadəçilər yüklədikləri Android tətbiqləri əlavə pəncərələrdə proqramlar kimi açıb istifadə edə bilirlər. Windows 11-in ilk ən böyük yenilənməsi ilə birliktə yenilənmiş NotePad proqramı, yenilənmiş Media Player proqramı və bir çox optimizasiyanı əldə edəcəklər.



Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab