TELSAT.AZ - Elan yerləşdir
  • 2887

Windows 11-də Android tətbiqlərini istifadə etmək üçün bəzi tələblər olacaq

 Microsoft şirkəti Windows 11-də Android tətbiqləri istifadə etmək üçün bəzi tələbləri açıqladı. Windows 11 əməliyyat sisteminin ən ciddi yeniliyi hesab edilən Android tətbiqlər üçün dəstək artıq bəzi istifadəçilər üçün aktivləşib.

 Microsoft şirkəti Windows 11 əməliyyat sistemini təqdim edərkən Android tətbiqlərin də istifadə edilə biləcəyini bildirmişdi. Yeni əməliyyat sisteminin ən fərqli və böyük yeniliyi bu hesab edilir. Artıq bəzi istifadəçilər üçün bu funksiyanı aktivləşdirən şirkət Android tətbiqləri istifadə etmək üçün bəzi tələblərin olduğunu bildirib. Microsoft tərəfindən verilən məlumatlara görə Android tətbiqlərin problemsiz işləməsi üçün komputerin 16 GB ram-a malik olması önərilir. Lakin ümumiyyətlə bu funksiyanı istifadə etmək üçün komputerinizdə minimum 8 GB ram olmalıdır. Həmçinin komputerlərdə SSD yaddaş qurğusu olmalıdır. Yəni hard disk istifadə edən istifadəçilər Android tətbiqləri komputerlərinə quraşdıra bilməyəcəklər. Bundan başqa Windows 11 istifadə edən komputerlər minimum 8.nəsil İntel Core i3 və ya AMD Ryzen 3000 seriyasından prosessor istifadə etməlidir. Əks halda Android tətbiqləri istifadə edə bilməyəcəklər. Qeyd edək ki, Fevral ayının ortalarından etibarən Amazon App Store dəstəyi Windows 11-ə gəldi. Beləliklə istifadəçilər bu tətbiq mağazasını istifadə edərək tətbiqləri asanlıqla yükləyə biləcəklər. İndilik sadəcə ABŞ istifadəçiləri üçün aktiv olan bu tətbiq mağazası 1000-ə yaxın tətbiqin yüklənməsini təmin edir. Digər istifadəçilər üçün nə vaxt yayımlanacağı hələki bəlli deyil. 

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab