WhatsApp qrup telefon zənglərində iştirakçıların sayı 32-yə yüksəlib

WhatsApp qrup telefon zənglərində iştirakçıların sayı 32-yə yüksəlib

 Meta-ya məxsus məşhur mesajlaşma proqramı WhatsApp gündən-günə özünü təkmilləşdirməyə davam edir. Keçən günlərdə müəyyən insanlar və ya cəmiyyətlər üçün ən son görülənləri bağlamaq kimi yeni funksiyaları açıqlayan WhatsApp, daha əvvəl 8 nəfərlə məhdudlaşdırılan qrup telefon danışığını yeni yayımladığı yeniləmə ilə 32 nəfərə yüksəltdi.

 Məlum olduğu kimi, “WhatsApp” əvvəllər istifadəçilərə eyni vaxtda səkkiz nəfərlə qrup səsli zəngləri etmək imkanı verirdi. Bununla belə, bu rəqəmi qeyri-kafi hesab edən istifadəçilər üçün WhatsApp indi dörd dəfə artımla 32-yə qədər iştirakçıya imkan verəcək yeni yeniləmə təqdim etdi. Bu funksiyaya daxil olmaq üçün istifadəçilər cihazlarında WhatsApp-ın ən son versiyasına, yəni iPhone-da v22.8.80 və Android-də v2.22.9.73-ə malik olmalıdırlar.

Şərhlər