TELSAT.AZ - Elan yerləşdir
  • 2388

Avropa Parlamenti tək şarj portu təklifini təsdiqlədi: USB-C yeganə standart olacaq

 Avropa İttifaqı smartfonlar, planşetlər və digər məişət elektronikası cihazlarında vahid şarj portundan istifadənin məcburiləşdirilməsi istiqamətində daha bir mühüm addım atıb. Avropa Parlamentinin üzvləri Avropa Komissiyasının USB-C-dən mobil cihazların doldurulması üçün vahid standart kimi istifadə edilməsi təklifinə 2-ə qarşı 43 səs verib.

 Malta millət vəkili Aleks Agius Saliba mövzu ilə bağlı verdiyi açıqlamada Avropada hər il 11-13 min ton elektron tullantı istehsal edildiyini, cib telefonları və digər kiçik və orta ölçülü elektron cihazlarında tək tip şarj cihazının olmasının hər kəsə fayda verəcəyini bildirib. Hazırda Avropa bazarında üstünlük təşkil edən Android cihazları USB-C-dən, Apple iPhone-lar isə Lightning portundan istifadə edir.Avropa Parlamentinin Daxili Bazar İstehlakçıların Hüquqlarının Müdafiəsi Komissiyası USB Type-C-nin mobil telefonlarda, planşetlərdə, qulaqlıqlarda, elektron oxuyucularda, klaviaturalar, siçanlar, ağıllı saatlar və elektron oyuncaqlar üçün standart olmasını istəyir. Digər tərəfdən, Apple hesab edir ki, istehlakçıları yeni şarj cihazlarına keçməyə məcbur etmək innovasiyaları sarsıdacaq və çoxlu elektron tullantılar yaradacaq.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab