TELSAT.AZ - Elan yerləşdir
  • 459

Süni intellekt son 10 ildə 1 milyon qat sürətlənib

Nvidia rəhbəri: “Süni intellekt son 10 ildə 1 milyon qat sürətlənib”

Nvidia-nın baş direktoru Jensen Huang bildirib ki, süni intellekt son 10 ildə 1 milyon qat daha sürətli olub. Bu açıqlama, London Tech Week çərçivəsində Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə keçirilən görüş zamanı verilib. Görüşdə süni intellektin milli iqtisadi planlamaya inteqrasiyası müzakirə olunub.

Lakin ən çox diqqət çəkən məqam Huangın bu fikri oldu:

"Son 10 ildə süni intellekt 1 milyon qat inkişaf edib. Bu dəyişiklik inanılmazdır."

O, bu sürətli inkişafla məhs süni intellekt alqoritmlərini, yoxsa hardware – yəni Nvidia GPU-larını nəzərdə tutduğunu açıq deməyib. Amma Nvidia-nın əsasən hardware istehsalçısı olduğunu nəzərə alsaq, bu artımın əsasən GPU-ların və sistemlərinin güclənməsi ilə bağlı olduğunu düşünmək olar.

Məsələn, Nvidia-nın Blackwell B200 çipseti, 2016-cı ilin Pascal P100 çipi ilə müqayisədə 20.000 qat daha yüksək çıxış performansı təklif edir. B200 çipi 20.000 FP4 TFLOPS, P100 isə sadəcə 19 FP16 TFLOPS gücündədir. Bu fərq həm performansda, həm də enerji effektivliyində – 42.500 qat üstünlük deməkdir.

Sadəcə çip deyil – bu gün Nvidia, Microsoft və xAI kimi şirkətlərin təqdim etdiyi yeni nəsil süni intellekt sistemləri də 2016-cı illə müqayisədə çox daha sürətlidir. Böyük dil modellərinin inkişafı, süni intellektin gücünü qat-qat artırıb.

Məsələn, xAI hal-hazırda 200.000 Hopper GPU ilə işləyən süni intellekt superkompüteri idarə edir. Elon Musk yaxın gələcəkdə 1 milyon Blackwell GPU-luq sistemə keçid planlarını açıqlayıb. Bu sistem təkcə süni intellekt üçün deyil, ümumilikdə dünyadakı ən güclü superkompüterlərdən biri olacaq.

Digər tərəfdən, Böyük Britaniya da süni intellektə böyük investisiyalar ayırır. 2030-a qədər bu sahəyə 1 milyard funt-sterlinq investisiya planlaşdırılıb. Nvidia da burada yeni bir tədqiqat mərkəzi quracaq və bu mərkəzdə robototexnika, ekoloji modelləşdirmə və material elmləri üzrə işlər aparılacaq.

Lakin bütün bu planlara baxmayaraq, Böyük Britaniyanın süni intellekt infrastrukturu hələlik ABŞ səviyyəsində deyil. Hazırda ölkənin ən güclü süni intellekt sistemi – 5.500 Grace Hopper 200 prosessorlu Isambard-AI olacaq.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab