TELSAT.AZ - Elan yerləşdir
  • 9218

SpaceX şirkəti Starlink peyk interneti üçün Premium paketi təqdim edib

    SpaceX şirkəti peyk internet servisi olan Starlink üçün yeni Premium paketini təqdim edib. Premium paket Standart paketə görə 5 dəfə daha bahadır. Starlink-in Premium paketi üçün istifadə kitləri növbəti aylarda təqdim ediləcək.

    Elon Musk-a aid olan SpaceX şirkəti peyk internet servisi Starlink-i təqdim etmişdi. Bu təqdimatdan sonra bir çox insan bu servisi həyəcanla gözləyirdi. Lakin Starlink-in təklif etdiyi internet paketləri gözləniləndən daha baha oldu. Bu gün təqdim olunan Premium paket isə Standart paketdən 5 dəfə daha bahadır. Yeni paketi istifadə etmək üçün hazırlanan Starlink kitləri əvvəlkindən daha fərqlidir. Daha böyük dördkünc antenaya malik yeni kit Starlink-in dediyinə görə daha yüksək internet sürəti, daha az gecikmə vəd edir. Həmçinin hava maneələrindən də təsirlənmir. Starlink Premium paketin istifadəçilərə təklif etdiyi internet sürəti isə 150-500 mbps aralığında dəyişir. Gecikmə dəyəri isə 20-40 ms arası olacaq.

    Standart paketin qiyməti 499 dollar olduğu halda Premium paketin qiyməti 2500 dollardır. Yeni kit və paketi almaq üçün istifadəçilər əvvəlcə 500 dollar depozit verməlidirlər. Bu qiymət standart paketdə 100 dollar idi. Premium paketin aylıq ödənişi isə 500 dollardır. Starlink qeyd edib ki, 2022-in 2.rübündə artıq önsifarişlər açılacaq. Qeyd edək ki, qiymətlərin bu qədər yüksək olması bir çox istifadəçinin narazıçılığına səbəb olub. Beləki qiymətlərin yüksək olması daha az istifadəçinin faydalana biləcəyi deməkdir. Həmçinin şirkətin yüksək qiymətlərə nəzərən təklif etdiyi internet sürəti də yetərli hesab edilməyib.


Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab