Sony Xperia 5 Mark 4 smartfonu Snapdragon 8 Gen 1 Plus ilə təchiz olunacaq

Sony Xperia 5 Mark 4 smartfonu Snapdragon 8 Gen 1 Plus ilə təchiz olunacaq

 Sony-nin növbəti modeli Xperia 5 Mark 4 smartfonu Snapdragon 8 Gen 1 Plus ilə təchiz olunacaq. Qəribə və qarışıq adlandırılması səbəbilə tənqid edilən Sony şirkəti daha güclü prosessordan istifadə etməyə hazırlaşır.

 Smartfon bazarından silinməyə yaxınlaşan Sony şirkəti flaqman modelləri ilə bazarda mövcudluğunu qorumağa çalışır. Bu il təqdim edilməsi planlanan Xperia 5 Mark 4 smartfonu Qualcomm şirkətinin TSMC ilə istehsal edəcəyi Snapdragon 8 Gen 1 Plus prosessorundan istifadə edəcək. Həmçinin smartfon 6.1 düym ekrana sahib olacaq. Kompakt smartfon olaraq adlandırılan Mark 4 modeli Gorilla Glass Victus ilə qorunacaq. 16 GB-a qədər Ram və 512 GB-a qədər yaddaş dəstəyi olan smartfonun 5000 mAh batareyası olacaq. Bu batareya 45W sürətli şarj ilə şarj edilə biləcək. Smartfonun arxa kamerası 12 MP + 12 MP + 12 MP kombinasiyasından ibarət olacaq. Məlumatlarda bildirilir ki, smartfonun kamera performansı optimizasiya edilib. Sony Xperia 5 Mark 4 smartfonu üçün hələki təqdimat tarixi verilməyib, lakin Snapdragon 8 Gen 1 Plus prosessorunun təqdimatından sonra bunun dəqiqləşəcəyi düşünülür.

Şərhlər