Qualcomm-un yenilənmiş çipseti Snapdragon 8 Gen 1+ bu ilin May ayında təqdim oluna bilər. Bu səfər yeni çipset Samsung deyil, TSMC tərəfindən istehsal ediləcək.
Qualcomm şirkəti bazarda öz çipsetlərinin performansı ilə bilinən bir istehsalçıdır. Bir neçə il öncə verilən ani qərarla şirkət Snapdragon çipsetlərinin istehsalı üçün Samsung ilə işbirliyi etdi. Lakin son illərdə Qualcomm-un çipsetlərində performans və isinmə problemləri aşkarlanır. Mühəndislər bunun əsas səbəbinin Samsung-un istehsal prosesinin gözlənildiyi qədər effektiv olmaması ilə əlaqələndirir. Bu səbəbdən Qualcomm şirkəti TSMC ilə təkrar işbirliyi edəcək. Snapdragon 8 Gen 1 çipsetinin TSMC tərəfindən yenilənmiş versiyası Snapdragon 8 Gen 1+ bu ilin May ayında təqdim oluna bilər. İddialara görə Qualcomm şirkətinin təqdimatından sonra İyun ayında artıq yeni çipseti istifadə edən telefonlar satışa çıxacaq.
Qeyd edək ki, Qualcomm-un bu qədər tələsməyinin əslində ən önəmli səbəbi Mediatek şirkətidir. Mediatek şirkətinin Dimensity 9000 çipsetinin hal-hazırda Android tərəfində ən güclü çipset halına çevrilməsi Qualcomm-u qorxudub. Bu səbəbdən şirkət daha tez davranaraq yeni çipsetini TSMC ilə istehsal etməyi planlayır.