Samsung şirkətinin flaqman seriyası
Galaxy S22 modellərini yavaşlatdığı aşkarlanıb. Bu haqda Reddit platformasında
məlumatlar paylaşıb. Samsung isə bunları təsdiqləyib.
Galaxy Unpacked tədbiri ilə istifadəçilərə
yeni flaqman Galaxy S22 modellərini təqdim edən Samsung yeni bir skandal xəbərlə
gündəmə gəlib. Şirkətin Galaxy S22 modellərini yavaşlatdığı aşkarlanıb. Android
Authority tərəfindən yazılan xəbərə əsasən şirkət Oyun Optimizasiya Servisi
(GOS) adlı servislə 10 mindən daha çox tətbiqin tam performansda işləməsinə mane
olur. Bura oyunlar da daxildir. Lakin Geekbench kimi performansı ölçən tətbiqlər
bura daxil edilməyib. Beləliklə performans testlərində üstün nəticə göstərən
smartfon tətbiqləri heç tam potensialında istifadə etmirmiş. Bunun edilməsinin əsas
səbəbi yeni Exynos 2200 prosessorunun daha az qızmasını təmin etməkdir. Beləliklə
smartfon daha sərin işləyə biləcək. Nəzərə alsaq ki, Galaxy S22 seriyasında
xüsusi soyutma sistemləri istifadə edilib, onda bu adam lazımsız hesab edilə bilər. Şirkət həmçinin
Snapdragon istifadə edən Galaxy S22 versiyalarında da bu servislə performansı
limitləyir. Bunun səbəbi isə Snapdragon prosessorlarında performansın
Exynos-dan daha çox olmasıdır. Bu halda istifadəçilər aradakı fərqi görməsin
deyə şirkət belə addım atıb.
Şirkətin bu addımı hal-hazırda internətdə
bütün istifadəçilər tərəfindən tənqid edilir. Samsung isə bildirib ki, daxili
araşdırma başladıb və problemin olduğunu təsdiqləyib. Mart ayı ərzində Galaxy
cihazları üçün yeni bir yenilənmə ilə bu limitlərin qalxacağı düşünülür.