Nəhəng smartfon istehsalçısı Samsung, Galaxy S22 FE və S23 seriyalarında yeni qərar verə bilər. Məlum olub ki, şirkət Asiya bazarı üçün MediaTek prosessor həlləri üzərində işləyir. Aşağı və orta səviyyəli mobil çipsetləri ilə smartfon sənayesində böyük irəliləyiş əldə edən MediaTek, flaqman cihazlarda istifadə edilən Dimensity 9000 həlli ilə yaxşı bir müvəffəqiyyət əldə etdi.
Yeni paylaşılan məlumata görə Samsung, MediaTek prosessorlarını Galaxy S23 və S22 FE modellərinə daxil etməyi planlaşdırır.Galaxy smartfonlarını gücləndirmək üçün Snapdragon və Exynos çiplərinə güvənən Samsung, Snapdragon 8 Gen 1-də yaşanan səmərəlilik problemlərinə və Exynos 2200 gözlənilən performansı verməməsinə görə yeni bir qərar verdi.
Şirkətin hələ adı məlum olmayan MediaTek çipindən istifadə etməyi planlaşdırdığını qeyd edən Business Korea, Asiya qitəsində satılacaq modellərdə bu çipin üstünlük veriləcəyini bildirib.
Şirkətin yeni qərarının Asiya regionundan kənara çıxıb-çıxmayacağı hələ məlum deyil. Bununla belə, MediaTek həlli ilə 2022-ci ilin ikinci yarısında çıxması gözlənilən S22 FE və S23 modellərinin Exynos çipsetinin bazar payına təsir edəcəyini söyləyə bilərik, lakin bu, şirkətə qiymət baxımından rəqabət üstünlüyü təmin edə bilər.