TELSAT.AZ - Elan yerləşdir
  • 2645

Samsung Galaxy Tab S8 seriyasının təqdimat şəkilləri sızdırıldı

    Samsung şirkəti bu ay Galaxy Tab S8 planşet modellərini təqdim edəcək. Təqdimatdan əvvəl planşetin bəzi şəkilləri internetə sızdırılıb. Galaxy Unpacked tədbiri zamanı təqdim olunması gözlənilən Galaxy Tab S8 bir çox istifadəçi tərəfindən səbirsizliklə gözlənilir.

    Sızdırılan təqdimat şəkillərinə görə Galaxy Unpacked tədbirində 3 fərqli model planşet təqdim ediləcək. Bunlar Galaxy Tab S8, Galaxy Tab S8 PlusGalaxy Tab S8 Ultra olacaq. Tab S8 modeli 11 düym 2560x1600 piksellik bir ekran istifadə edəcək. 8 GB ram və 128/256 GB yaddaş ilə təchiz olunub. 8000 mAh batareyası olan Tab S8 modeli Snapdragon 8 Gen 1 prosessorundan güc alacaq. Arxa kamera olaraq 13MP + 6MP, ön kamera olaraq isə 12MP sensor istifadə edir.

    Galaxy Tab S8 Plus modeli isə 12.4 düym 2800x1752 piksellik ekran istifadə edir. Kamera olaraq Tab S8 modeli ilə eyni konfiqurasiyanı istifadə edir. 8 GB ram və 128/256 GB yaddaş olan variyantları olacaq. Həmçinin Snapdragon 8 Gen 1 ilə təchiz olunan Galaxy Tab S8 Plus 10090 mAh batareyaya malikdir.

    Planşet seriyasının ən güclü modeli olan Galaxy Tab S8 Ultra planşeti 14.6 düym böyüklüyündə 2960x1848 piksellik ekran istifadə edir. Snapdragon 8 Gen 1 prosessorundan güc alan bu model digərlərindən fərqli olaraq həm 8 GB, həm də 12/16 GB ram ilə təchiz olunub. 8 GB ramı olan model 128 GB yaddaşa, 12 GB ramı olan model 256 GB yaddaşa, 16 GB ramı olan model isə 512 GB yaddaşa malikdir. Bu modelin arxa kameraları digərləri ilə eyni olsa da ön kamerası 2 ədəd 12 MP-lik kameradan ibarətdir. Batareyası 11200 mAh olan Galaxy Tab S8 Ultra modeli digər modellərdə olduğu kimi 120 Hz ekran yeniləməsini dəstəkləyir.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab