TELSAT.AZ - Elan yerləşdir
  • 3881

Samsung Galaxy S22 Ultra istifadəçiləri ekran problemlərindən şikayət edir

 Samsung Galaxy S22 Ultra istifadəçiləri telefonlarında yaranan ekran problemlərindən şikayət edir. Fevral ayının əvvəlində Galaxy Unpacked tədbirini keçirən Samsung yeni flaqman seriyası Galaxy S22-i təqdim etmişdi. İndi isə bəzi istifadəçilər problemlərlə qarşılaşıb.

 Galaxy Unpacked tədbirində təqdim edən Galaxy S22 Ultra modeli yavaş-yavaş istifadəçilərə çatdırılır. Telefonu istifadə etməyə başlayan istifadəçilər müxtəlif ekran problemləri ilə üzləşib. Reddit və Samsung forumlarda paylaşılan şikayətlərə görə Galaxy S22 Ultra modelinin ekranı problemlidir. İstifadəçilər bildirir ki, telefonun ekranında müxtəlif çizgilər ortaya çıxır və fərqli zamanlarda ekran parlamağa başlayır. Bəzi istifadəçilər isə bildirir ki, telefonda Youtube tətbiqi açıqkən telefonu kilid ekranına salıb təkrar barmaq izi ilə açdıqda ekranda müxtəlif yansımalar qalır. Problemin əsas səbəbi olaraq ekran drayverlərinin telefon interfeysindən qaynaqlandığı düşünülsə də Samsung tərəfindən dəqiq bir açıqlama verilməyib. Samsung forum rəhbərləri bildirib ki, şirkət bu problemdən xəbərdardır və həll etmək üçün işlərə başlayıb.

 Qeyd edək ki, Galaxy S22 seriyasının ən güclü modeli olan Galaxy S22 Ultra həm S seriyasını, həm Note seriyasını özündə birləşdirir. S-Pen qələmi ilə satışa çıxan model istifadəçilər tərəfindən bir xeyli rəğbətlə qarşılanıb. Samsung tərəfi bildirib ki, Galaxy S22 satışlarından gözləntiləri əvvəlki illərə nəzərən daha yüksəkdir. Bu səbəbdən Galaxy S22 seriyasının istehsal sayı təqdimatdan həmən sonra ciddi səviyyələrdə artırılıb. Galaxy S22 smartfon seriyası hələki ölkəmizdə satışa çıxmayıb.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab