Samsung Galaxy S22 Ultra smartfonu sağlamlıq testlərindən uğurla keçib

Samsung Galaxy S22 Ultra smartfonu sağlamlıq testlərindən uğurla keçib

 Galaxy Unpacked tədbirində təqdim edilən Samsung Galaxy S22 Ultra smartfonu sağlamlıq testlərindən uğurla keçə bilib. JerryRigEverything tərəfindən aparılan testlərə görə Galaxy S22 Ultra uğurlu bir performans göstərib.

 JerryRigEverthing adlı Youtube kanalı smartfonlara tətbiq etdiyi sağlamlıq testləri ilə bilinir. Müxtəlif prosesləri tətbiq edərək smartfonun möhkəmliyini test edən kanal bu səfər Galaxy S22 Ultra-ya tətbiq edib. Bükülmə, çizilmə və yanma testlərindən müsbət nəticələr göstərən smartfon Gorilla Glass Victus+ qorucu şüşələri ilə qorunur. Mohs səviyyəsinə görə səviyyə 6-dan etibarən cızığlar yaranmağa başlayan smartfonda 7-ci səviyyədə daha dərin cızığlar yaranır. Qeyd edək ki, bu da uğurlu nəticə hesab olunur. Bükülmə testini uğurla keçən smartfonun ekranı yanma testlərində də uğurlu olub. Ekrana inteqrasiya edən barmaq izi sensoru da yanma testlərindən sonra problemsiz işləyə bilib. Həm istifadəçilər həm də JerryRigEverything kanalı Galaxy S22 Ultra modelinin möhkəmliyindən razı qalıb.


Şərhlər