Samsung şirkəti bir neçə ay öncə Galaxy Unpacked tədbirində yeni Samsung Galaxy S22 modelini təqdim etmişdi. Ölkəmizdə də çox ciddi tələb görən bu model haqqında TelSat.Az olaraq öz fikirlərimizi yazmaq istədik. Bu məqaləmizdə Samsung Galaxy S22 qiyməti də danışılacaq. Görək bu smartfon neçiyə satılır? Və satış qiymətinə dəyərmi?
Galaxy S21 modeli ilə müqayisədə Galaxy S22 modelinin parametrlərində və dizaynında qismən fərqliliklər var. Gəlin əvvəlcə dizayna baxaq. Galaxy S22 modeli əvvəlki modeldən fərqli olaraq 7.6 mm qalınlığındadır. Bu da 0.3 mm daha incə deməkdir. 167 qram ağırlığı olan model 2 qram daha yüngülləşib. Rəqəmlər üzərindən baxdığımızda çox da ciddi fərq görülmür. Samsung bu modelində Gorilla Glass Victus+ qoruyucu şüşələrindən istifadə edərək sağlamlığı daha da artdırıb. Həmçinin sərtləşdirilmiş aliminium gövdə səbəbilə Galaxy S21-ə nəzərən cızılmalara və sınmalara qarşı daha davamlıdır. Ekran tərəfinə baxdığımızda isə 6.1 düym Amoled ekrana malikdir. Əvvəlki model ilə müqayisədə ekran sadəcə 0.1 düym kiçilib. Lakin ekran panelinin növü, parlaqlıq tamamilə eyni qalıb. Galaxy S22 seriyasının ən böyük fərqi isə ondadır ki, bu smartfonlarda AMD işbirliyi ilə hazırlanmış Exynos 2200 çipseti istifadə olunub. Bu çipsetin qrafik çipi Xclipse 920-dir və AMD tərəfindən hazırlanıb. Performans fərqinin ciddi olacağı və Galaxy S22 seriyasının daha güclü olacağı düşünülürdü, lakin performans testləri göstərdi ki, gözlənildiyi qədər ciddi performans fərqi yaranmayıb. Exynos 2200 çipseti bir çox insan və mühəndis tərəfindən uğursuzluq olaraq hesab edilir. Exynos 2100 ilə müqayisədə Galaxy S22-də istifadə olunan Exynos 2200-ün gücü sadəcə 10-15% daha güclüdür. Hətta digər markalara məxsus çipsetlərdən də geri qalır. Samsung Galaxy S22 qiymeti ilə Galaxy S21 qiymeti arasındakı fərq isə qismən çoxdur.
Samsung şirkəti Galaxy S21 smartfonunda 12 MP-lik geniş bucaqlı, 64 MP telefoto və 12 MP ultra geniş bucaqlı kamera sistemi istifadə edirdi. Galaxy S22 modellərində isə bu daha da gücləndirilib. Samsung Galaxy S22 modeli geniş bucaqlı kamera olaraq artıq 50 MP-lik sensor istifadə edir. Bu da o deməkdir ki, həm gecə, həm gündüz çəkilişlərində smartfon daha çox işıq qəbul edərək daha kəskin şəkillər çəkə bilir. İnternetdə mövcud olan testlər də göstərir ki, Galaxy S22 modeli kamera tərəfində yaxşı yeniliklər edə bilib. Əlavə olaraq 64 MP-lik telefoto kamera əvəzinə 10 MP-lik telefoto kamera istifadə edən bu cihaz telefoto şəkillər tərəfində ciddi bir itki yaşamayıb. Onsuz da istifadəçilərin çox az bir qismi telefoto kamerasını istifadə edərək şəkillər çəkirlər. Hər iki modelin ultra geniş bucaqlı kamerası 12 MP olaraq qalıb. Qeyd edək ki, Galaxy S22 smartfonu da 8K video çəkilişləri dəstəkləyir. Ümumiyyətlə DxOMark kimi test qurumları tərəfindən aparılan testlər göstərir ki, Samsung şirkəti Galaxy S22 smartfon seriyasında kamera tərəfində bir xeyli uğurlu təkmilləşdirmələr edib. Amma yenə də bazarda eyni qiymət aralığında daha mükəmməl kamerası olan modellər mövcuddur.
Samsung Galaxy S22 qiyməti ilə çox da təəccübləndirmədi. Əvvəl çıxan iddialara görə bu smartfon seriyasında Samsung 100 dollar artış etməli idi, lakin istifadəçilərin narazılığı səbəbilə ötən ilki Galaxy S21 seriyasının qiymətləri ilə eyni qiymətə satışa çıxdı. Qısaca Galaxy S22 qiyməti 700 dollar olaraq təyin edildi. Bundan başqa Samsung ənənəvi olaraq hər zaman etdiyi bəzi kampaniyaları da etdi. Beləki smartfonu ön sifariş edənlər həm Samsung Galaxy Buds qulaqlıqlarını, həm də yenilənmiş şarj cihazını pulsuz əldə edə bilib. Ölkəmizdə isə bu modellərin satış qiymətləri daha bahadır. Beləki ötən ilə nəzərən bu ilki Galaxy S22 smartfonları bir çox mağazada 2000 azn-dən başlayan qiymətlərlə satışa çıxdı. Bu da bir çox istifadəçinin narazılığına səbəb oldu. Lakin gözlənilən budur ki, növbəti aylarda smartfonun qiyməti daha münasib rəqəmlərə enəcək. Beləliklə istifadəçilər rahatlıqla yeni modeli sifariş edə biləcəklər. Təxminlər belədir ki, növbəti illərdə Galaxy flaqman smartfonlarının satış qiymətləri daha yüksək olacaq. Bunun əsas səbəblərindən biri də çip istehsalı üçün istifadə olunan materiallarda qıtlıq olmasıdır. Buna görə də yeni smartfon almaq istəyənlər mütləq bu ilki modelləri dəyərləndirsə daha yaxşı olar.
TelSat.Az olaraq buna cavabımız belə olar ki, əgər Galaxy S21 seriyasından hansısa bir smartfonu istifadə edirsinizsə bu modelə keçməyə dəyməz. Çünki çox da ciddi yeniliklər təqdim etmir. Amma daha əvvəlki modellərdən birini istifadə edirsinizsə və ya hal-hazırkı smartfonunuz Galaxy S22-dən daha zəifdirsə bu yeni modeli yoxlaya bilərsiniz.