TELSAT.AZ - Elan yerləşdir
  • 4157

Orta seqmentin kralı Samsung Galaxy A73 5G təqdim olunub

 Samsung orta seqmentin kralı olaraq adlandıra biləcəyimiz Galaxy A73 5G modelini təqdim edib. Əvvəlki modelə görə daha güclü parametrləri olan cihaz 108 MP kamera ilə təchiz olunub.

 Samsung yeni modellərini təqdim etməyə davam edir. Şirkət bu səfər orta seqment üçün ən güclü model olan Galaxy A73 5G modelini istifadəçilərə göstərib. Performans tərəfində Snapdragon 778G ilə təchiz olunan bu model 6 GB 8 GB ram seçimləri ilə gəlir. Yaddaş tərəfində isə 128 GB və 256 GB seçimləri mövcuddur. MicroSD kart dəstəyini davam etdirən bu model təəssüf ki, qulaqlıq girişinə malik deyil. 120 Hz 6.7 düym Full HD+ ekranı olan Galaxy A73 5G smartfonu 108 MP əsas kamera sensoru istifadə edir. Lakin Samsung qiyməti münasib saxlamaq üçün telefoto lensini ləğv edib. 12 MP ultra geniş bucaqlı kamera və 2 ədəd 5 MP kameraya malik bu smartfon ön kamera olaraq 32 MP-lik bir sensor istifadə edir. 5000 mAh batareya ilə uzun batareya performansı vəd edən cihaz 25 Watt sürətli şarjı dəstəkləyir. Lakin Samsung-un flaqman modellərində olduğu kimi Galaxy A73-də də qutudan şarj cihazı çıxmayacaq. Digər önəmli olan funksiya isə suya qarşı qoruma sertifikatı olan IP67 bu cihazda da var. Galaxy A73 5G smartfonu 23 Aprel-də satışa çıxacaq. Samsung bildirib ki, smartfon bütün bazarlarda yox sadəcə bəzilərində satışa çıxacaq. Həmçinin qiymət haqqında da məlumat verilməyib

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab