Samsung Exynos 2200-un performans nəticələri yayımlandı

Samsung Exynos 2200-un performans nəticələri yayımlandı

        Samsung şirkətinin yeni Galaxy S22 smartfon seriyasında istifadə edəcəyi Exynos 2200 prosessorunun performans nəticələri yayımlandı. Exynos 2200 qrafik testlərində Snapdragon 8 Gen 1-i keçdi.

        Ötən illərdə Samsung şirkəti AMD ilə işbirliyinə başladığını bildirmişdi. Bu xəbər istifadəçiləri br xeyli sevindirmişdi. Lakin yaxın günlərdə yayılan şayiələrə görə AMD və Samsung işbirliyi ilə hazırlanan Exynos 2200 çox da yaxşı nəticə vermir. Bu səbəbdən bir çox istifadəçi Galaxy S22 smartfon seriyasını almaqdan imtina etməyi düşünürdü. Lakin bu xəbərlərin yalan olduğu yayımlanan Geekbench testləri ilə isbat olundu.

        AMD tərəfindən hazırlanan Xclipse çipsetinə malik olan Exynos 2200 prosessoru Geekbench testlərində yaxşı nəticə göstərib. OpenCL qrafik testində Exynos 2200 prosessoru 9143 xal toplayıb. Rəqibi olan Snapdragon 8 Gen 1 isə bu testdə 6050 xal toplaya bilmişdi. Yəni, Exynos 2200 prosessoru 50.7% daha güclü ola bilər. Bir digər test olan Vulkan-da isə 25% daha çox nəticə əldə edib. Qeyd edək ki, nəticələrin belə yüksək olması istifadəçiləri bir xeyli təəccübləndirib. Apple şirkətinin Bionic A15 prosessoru ilə müqayisədə geri qalsa da Exynos 2200 Android ekosistemindəki ən güclü prosessor ola bilər.

        Əlavə olaraq qeyd edə bilərik ki, Qualcomm şirkəti bir neçə zamandır ki, prosessorlarında problemlərlə üzləşir. İsinmə və yüksək güc istifadəsi Snapdragon prosessorlarını gözdən salır. Əgər Samsung-un Eyxnos 2200 ilə təchiz edilmiş Galaxy S22 modelləri istifadəçiləri razı salarsa Qualcomm şirkəti üçün işlər daha da çətinləşə bilər.

Şərhlər