TELSAT.AZ - Elan yerləşdir
  • 2390

Samsung CEO-su yavaşladılan smartfonlar üçün üzr istəyib

 Samsung CEO-su Jong-Hee Han smartfonların bilərək yavaşladılması səbəbilə üzr istəyib. 2022-ci il başlayandan bir çox skandalla üzləşən Samsung şirkəti sonuncu dəfə GOS problemi səbəbilə tənqidə məruz qalmışdı.

 Ötən həftələrdə ortaya çıxan məlumatlara görə Samsung şirkəti Galaxy S22 smartfonlarında istifadə etdiyi GOS (Game Optimizing Service) servisi ilə smartfonlarını yavaşladır. Bu xəbər mediada çox səs küyə səbəb oldu. Bu səbəbdən istifadəçilər Samsung-u bir xeyli qınadılar. Şirkətin səhmdarları ilə keçirilən görüşdə Samsung CEO-su Jong-Hee Han üzr istəyib və bildirib ki, bu halların bir daha olmaması üçün istifadəçiləri diqqətlə dinləyəcək.

 Aşkarlanan məlumatlara görə GOS servisi 10 mindən çox tətbiq və oyuna təsir edir. Samsung iddia edir ki, GOS servisi smartfonun ömrünü uzatmaq, batareyanın daha uzun müddətli enerji saxlaması üçün istifadə edilir. Lakin ortaya çıxdı ki, GOS servisi benchmark performans tətbiqlərində aktivləşdirilmir. Yəni performans testlərində bu proses tətbiq edilmir deyə smartfonlar daha yüksək nəticə göstərir. Bu da istifadəçiləri aldatmaq deməkdir. Samsung hal-hazırda Galaxy S22 smartfonları üçün GOS servisini deaktiv edən bir yenilənmə yayımlayıb. Gözlənilən budur ki, şirkət bu yenilənməni köhnə smartfon modelləri üçün də yayımlayacaq.

Bütün Azərbaycan
Ağcabədi
Ağdam
Ağdaş
Ağstafa
Ağsu
Astara
Babək
Bakı
Balakən
Beyləqan
Bərdə
Biləsuvar
Cəbrayıl
Cəlilabad
Culfa
Daşkəsən
Füzuli
Gədəbəy
Gəncə
Goranboy
Göyçay
Göygöl
Göytəpə
Hacıqabul
Horadiz
İmişli
İsmayıllı
Kəlbəcər
Kəngərli
Kürdəmir
Laçın
Lerik
Lənkəran
Masallı
Mingəçevir
Nabran
Naftalan
Naxçıvan
Neftçala
Oğuz
Ordubad
Qax
Qazax
Qəbələ
Qobustan
Quba
Qubadlı
Qusar
Saatlı
Sabirabad
Şabran
Şahbuz
Salyan
Şamaxı
Samux
Sədərək
Şəki
Şəmkir
Şərur
Şirvan
Siyəzən
Sumqayıt
Şuşa
Tərtər
Tovuz
Ucar
Xaçmaz
Xırdalan
Xızı
Xocalı
Xocavənd
Xudat
Yardımlı
Yevlax
Zaqatala
Zəngilan
Zərdab